ETSN Bakı və Abşeron yarımadasındakı sinoptik şəraitlə bağlı məlumat yayıb
08 iyul 2011 18:38 (UTC +04:00)

ETSN Bakı və Abşeron yarımadasındakı sinoptik şəraitlə bağlı məlumat yayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti Bakı və Abşeron yarımadasında müşahidə olunan sinoptik şəraitlə bağlı məlumat yayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyul ayının ilk günlərində əsən güclü şimal-qərb küləkləri Abşeron yarımadasında yer səthindən toz hissəciklərinin davamlı olaraq, dəniz üzərinə qovulmasına şərait yaradıb.


İyulun 7-də küləyin zəifləməsi və cənub, cənub-şərq küləyi ilə əvəz olunması, “istilik dalğası”nın təsiri (burada maksimal temperatur 40 dərəcəyədək yüksəlib), dəniz üzərindən buxarlanmanın bir qədər artması və havada olan toz hissəciklərinin buxarla tutulub saxlanması nəticəsində zəif duman effekti yaranıb. Neft Daşları stansiyasının məlumatına əsasən iyulun 8-də saat 12:10 radələrində zəif duman qeydə alınıb, görünüş 4 kilometrədək zəifləyib.


Abşeron yarımadasında hava şəraiti az qradientli barik sahənin təsiri altında formalaşıb. Bu da havada olan oksigen sıxlığının azalmasına, çirkləndirici qaz qarışıqlarının konsentrasiyasının artmasına əlverişli şərait yaradıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi “EUMETSAT Dawbee” peyk sisteminin məlumatına əsasən Bakı və Abşeron ərazisində, Xəzər dənizi üzərində müxtəlif kanallar üzrə şəraitin səciyyəsini açıqlayıb. “Dust RGB” kanalında Abşeron yarımadasının quru sahəsi üzərində toz qatı müşahidə olunmayıb, lakin Xəzər dənizi üzərində zəif dumanın tərkibində görünən az miqdarda tozun olması təsdiqlənib. Hazırda cənubdan və ya şərqdən ölkə üzərinə toz axınlarının hərəkəti qeydə alınmayıb. Digər peyk kanalları üzrə alınan məlumatlara görə Abşeron üzərində atmosferin aşağı qatlarında (zəif) nazik bulud qatı qeydə alınıb.


Əlverişsiz meteoroloji şəraitlə bağlı iyulun 8-i səhər saatlarında zərərli qaz qarışıqlarının konsentrasiyasının əvvəlki günlərə nisbətən toz istisna olmaqla artımı müşahidə olunub. Azot 4-oksid sutka ərzində sanitar normadan 2.7, furfurol 4.2, dəm qazı 1.6, hidrogen sulfid 1.1 dəfə çox olub. Toz isə əksinə, yer səthi üzərində iyulun 7-dən fərqli olaraq 7 dəfə azalaraq 0.4 YVQH-yə düşüb. Sutka ərzində ümumi şəhər üzrə orta çirklənmə səviyyəsi proqnozlaşdırılıb.


İyulun 9-dan 11-dək hava şəraitində gözlənilən güclü şimal-qərb küləyinin yenidən üstünlük təşkil etməsi çirklənmə səviyyəsinin azalmasına və zəif dumanın səpələnməsinə səbəb olacaq.
# 1108

Oxşar yazılar

Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10
 Qar yağacaq   - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ

3 may 2024 , 16:48
Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

3 may 2024 , 16:45
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57
COP29.az  vebsaytı istifadəyə verildi

COP29.az vebsaytı istifadəyə verildi

3 may 2024 , 14:22