Bakıda güclü külək əsəcək
09 iyul 2011 00:00 (UTC +04:00)

Bakıda güclü külək əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, səhər yarımadanın bəzi yerlərində duman olacağı gözlənilir.

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 35-38 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə, iyulun 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 35-40 dərəcə isti, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 15-20 dərəcə isti, gündüz 30-35 dərəcə isti təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu da açıqlayıb. İyulun 8-də Abşeron yarımadasında zəif gilavar küləyi, bəzi saatlarda havada durğunluq, oksigen sıxlığının azalması ilə müşayiət olunan xəzriqabağı şərait zamanı günorta saatlarında qızmar isti temperatur diskomfortu meteohəssas, xüsusilə ürək-damar və tənəffüs orqanı xəstəlikləri olan meteohəssas insanlar üçün əlverişsizdir. Sonrakı iki gün ərzində arabir güclənən xəzri küləyinin müdaxiləsi ilə meteohəssas insanlar üçün yaranmış gərgin vəziyyət aradan qalxacaq.
# 481

Oxşar yazılar

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10
 Qar yağacaq   - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ

3 may 2024 , 16:48
Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

3 may 2024 , 16:45
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57
COP29.az  vebsaytı istifadəyə verildi

COP29.az vebsaytı istifadəyə verildi

3 may 2024 , 14:22
Meteohəssas insanlar üçün  PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

3 may 2024 , 14:02