Saxlama müddəti ötmüş 200 kq ərzaq məhv edilib
Növbəti monitorinq Nəsimi rayonunda aparılıb
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin iyulun 28-də keçirdiyi növbəti monitorinqlər zamanı Bakının Nəsimi rayonunda yerləşən “İnci market”də, “Ayaz market”də, “Muğan market”də, Binəqədi rayonunda “Rafo market”də, Gəncə şəhərində yerləşən “Sirlər xəzinəsi” mağazasında, Xaçmaz rayonunun Yalama qəsəbəsində Natiq Fərəcliyə məxsus mağazada ümumi çəkisi 200 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər və s. aşkarlanıb.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, aşkar olunan bu ərzaq məhsulları satışdan çıxarılaraq, məhv edilib.
Bakının Nəsimi rayonunda yerləşən “Delfin market”də də yoxlama aparılıb. Lakin yoxlama zamanı bu marketdə satışda mənşəyi məlum olmayan və saxlama müddəti ötmüş mallar aşkarlanmayıb.
Qanun pozuntusuna yol vermiş 6 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Ümumiyyətlə, 17 may 2009-cu il tarixindən “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 39 hüquqi şəxsə 152,5 min manat, 225 fiziki şəxsə 338 min manat cərimə tətbiq olunub.
Ramiz

Oxşar yazılar
Üç BÜRCƏ xəbərdarlıq – Sınaqlar sizi diz çökdürə bilər
7 iyul 2025 , 00:02
Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59