“Media açarı-2009” mükafatı təqdim olundu
Dünən “Media açarı-2009” mükafatının təqdimat mərasimi keçirilib.
APA-nın məlumatına görə, bu münasibətlə “Yeni nəsil” Jurnalistlər Birliyi, Demokratik Jurnalistlər Liqası və Azərbaycan Jurnalistlər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli bildirib ki, bu il yalnız siyasət və sosial mövzu nominasiyaları üzrə “Media açarı” müəyyənləşdirilməyib.
“Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə müsabiqənin 1997-ci ildən başlayaraq hər il keçirildiyini qeyd edib. A. Əliyev bu il “Media açarı”nın xüsusi mükafatlarının hazırlandığını deyib. Daha sonra xüsusi mükafatlar sahiblərinə təqdim olunub. Bu mükafatlar “Yuğ” Dövlət Teatrının baş rejissoru Vaqif İbrahimoğlu, tədbirin əsas sponsoru “Azercell” şirkətinin prezidenti Əli Ağanın nümayəndəsinə təqdim olunub. «Azercell» şirkətinin “Bizi birləşdirən dəyərlər” adlı xüsusi mükafatı isə “Mədəniyyət” qəzetinin yazarı Aydın Xana təqdim olunub.
Daha sonra müxtəlif nominasiyalar üzrə “Media açar”ları və xüsusi mükafatlar təqdim edilib. Mədəniyyət nominasiyası üzrə “525-ci qəzet”in əməkdaşı Aysel Əlizadə, idman nominasiyası üzrə “Futbol+” qəzetindən Mahir Rüstəmov, insan haqları nominasiyası üzrə “Bizim yol” qəzetindən Aynur Elgünəş, iqtisadiyyat nominasiyası üzrə “Üç nöqtə» qəzetindən Pünhan Əfəndiyev, reportaj janrı üzrə “Azadlıq” qəzetindən Səbuhi Məmmədli, foto-illüstrasiya janrı üzrə “AzərTAC” agentliyinin dünyasını dəyişmiş fotoqrafı Oqtay Məmmədov, publisistika janrı üzrə “Azadlıq” radiosundan Sevda İsmayıllı, jurnalist araşdırması üzrə “Azadlıq” radiosundan Babək Bəkir “Media açarı” alıb. Münsiflər heyətinin xüsusi mükafatına isə “Mediaforum” portalından Aynur İmanova, “Zerkalo” qəzetindən Çingiz Sultansoy, “Azadlıq” qəzetindən Arzu Abdulla, APA informasiya agentliyindən Rəşad Süleymanov layiq görülüblər.

Oxşar yazılar

Azərbaycanda koronavirus daha 4 nəfəri öldürdü - SON STATİSTİKA
15 avqust 2022 , 23:20İsti havada işçini çöldə işlətməyin cəzası nədir? - CAVAB
15 avqust 2022 , 16:48
Onlar həmin gün evlənmir, ölü basdırmır və ... – Bu dini qəbul etmək çox çətindir
15 avqust 2022 , 15:15
Sabah çimərliklərdə suyun hərarəti 29 dərəcə olacaq - PROQNOZ
15 avqust 2022 , 14:19
Sabah 42 dərəcə isti olacaq - HAVA PROQNOZU
15 avqust 2022 , 12:22İsti hava ilə bağlı XƏBƏRDARLIQ : Bakıda hərarət 40 dərəcəyə çatacaq
15 avqust 2022 , 12:12
Koronavirusa gündəlik yoluxma -Yenə 500-ü keçdi
14 avqust 2022 , 17:02