“Əsgər Ailəsi Cəmiyyəti” ordu günü ilə bağlı tədbir keçirib
İyun ayının 25-də “Əsgər Ailəsi Cəmiyyəti”nin “Vətən Çağırır” təbliğat qrupunun üzvləri Silahlı Qüvvələrin yaranmasının 91 illiyinə həsr olunmuş”Ordu Günü” adlı tədbir keçirib.
Cəmiyyətin İnformasiya Mərkəzindən Lent.az-a verilən məlumata görə, tədbir Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Vətən Çağırır” layihəsi çərçivəsində keçirilib. Tədbirdə hərbi yönümlü QHT rəhbərləri iştirak ediblər.
“Əsgər Ailəsi Cəmiyyəti”nin sədri hərbi jurnalist, ehtiyyatda olan zabit Roza Əliqızı tədbiri şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Roza Əliqızı 1992-ci ildə Milli Ordunun yaranması ilə bağlı xatirələrindən danışıb. Milli Ordunun ilk şəhidi Firdovsi Məmmədovun Şəhidlər Xiyabanına gətirilib dəfn edildiyi günü xatırladıb, o zaman milli ruhun yüksək olmasından, orduya könüllü axınından danışıb. O bildirib ki, ilk dəfə səkkizguşəli ulduzu, “yaşıl paqonu” çiyinlərində o daşıyıb. Belə ki, zavoda hazırlığa verilmiş ilk nümunələri götürüb istifadə edib. O, bununla fəxr etdiyini bildirib.
EOZB-nin sədr müavini e.o. polkovnik Həsən Əmirov keçdiyi döyüş yollarından danışıb, ordumuzun sürətlə inkişafetdiyindən , bu ordunun gücü ilə tezliklə qələbə qazanılacağından söhbət açıb.
QAT sədri Akif Nağı beynəlxalq təşkilatların boş-boş danışmasından, bu danışıqlara son qoyulmasından, hərb yolu ilə, ordumuzun gücü ilə torpaqlarımızın azad edilməsinin mümkünlüyündən danışıb.
TOHGMİB-nin sədri Emin Həsənli ordumuzun 1992-ci il ilə müqayisədə bu gün nə qədər inkişaf edib gücləndiyindən danışdı. O mətbuatda ordumuzu gözdən salmaq istəyən yazıları pisləyib.
Beynəlmiləl Əlil Döyüşçülər İctimai Birliyinin sədri Sərraf Orucov döyüş yoldaşlarını xatırladaraq, daha kəskin danışıb. O, ordumuza laqeyd olan iş adamlarını qınayıb.
Tədbirdə Silahlı Qüvvələr gününün daha da təmtəraqlı və geniş miqyaslı keçirilməsi problemindən söz açıldı və bu sahə üzrə geniş müzakirələr aparılıb. Sonda iştirak edən tərəflər təkliflərlə çıxışlar ediblər.
Roza Əliqızı tədbirin sonunda “orduya kömək hamımızın vətəndaşlıq borcudur” deyib. O, ordu günü münasibət ilə Azərbaycan ordusunda xidmət edən hərbi qulluqçulara və onların ailələrinə “Əsgər Ailəsi Cəmiyyəti”nin təbrik məktubunu oxuyub.

Oxşar yazılar

Taleyüklü hadisələrin astanasında olan BÜRCLƏR: onları tezliklə nə gözləyir
8 iyul 2025 , 09:09
ADY qatarları yay qrafikinə keçir
8 iyul 2025 , 08:44
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
8 iyul 2025 , 08:22
Pul tezliklə çay kimi axacaq: Şanslı BÜRCLƏR kimlərdir?
8 iyul 2025 , 00:02
Gənc şair Həsən Kür vəfat etdi
7 iyul 2025 , 23:53
Daha dörd avtobus zolağında minib-düşmə yerləri yaradıldı
7 iyul 2025 , 18:41
Həftənin sonuna qədər xoş bir hədiyyə alacaq 5 BÜRC
7 iyul 2025 , 18:35