Azərbaycan Milli Kulinariya Komandası çempionatda uğur qazanıb
Bu gün “Azərsun Holding”də Azərbaycan Milli Dövlət Kulinariya Komandasının (AMKK) mətbuat konfransı keçirilib.
Lent.az-ın məlumatına görə, tədbirdə Milli Kulinariya Mərkəzinin direktoru, Azərbaycan Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov bildirib ki, 10-19 may tarixində Azərbaycan Milli Kulinariya Komandası (AMKK) Yunanıstanın Krit adasında keçirilən “Həyatın Dadı” Beynəlxalq Kulinariya Festivalında iştirak edərək, böyük nailiyyətlər əldə edib. T.Əmiraslanov qeyd etdi ki, müsabiqədə Azərbaycanla yanaşı Ukrayna, Yunanıstan da iştirak edib. Ölkəmizi 5 aşpaz təmsil edib. Ümumi fərdi sinifdə, 1 komanda sinifdə çıxış edən Azərbaycan Milli Kulinariya Komandası (AMKK) 2 qızıl, 4 gümüş, 5 bürünc, və qara qutu sinfində 2-ci yeri (gümüş medal) qazanıb.
Bundan başqa, 19-20 may tarixində 4 nə fərdən ibarət Azərbaycan Milli Kulinariya Komandası Belqradda Dünya Kulinariya Kuboku uğrunda keçirilən çempionatda iştirak edib. Bu çempionatda Azərbaycanı münsiflər heyətində T. Əmiraslanov, Kobuk uğrunda çempionatda isə aşpaz Orxan Muxtarov təmsil edib.
Çempionatda hər qitədən 1 aşpaz iştirak edib. Amerika qitəsindən Qvatemala, Avropadan Xorvatiya, Asiyadan isə Azərbaycan təmsil olunub. Yarışmada Azərbaycan, Rusiya, Türkiyə, Qvatemala və s. daxil olmaqla, 14 ölkə iştirak edib.
Yarışmada münsifliyi Ümumdünya kulinariya təşkilatları Birliyinin Prezidenti Qissur Qudmansson, münsiflərin sədri Kenez Frezer, Qvatemala Kulinariya Assosiasiyasının Prezidenti Euda Morales, Xorvatiya Kulinariya Assosiasiyasının Prezidenti İvan Buzoliç, və AMKA-nın Prezidenti Tahir Əmiraslanov ediblər.
Azərbaycanı təmsil edən aşpaz Orxan Muxtarov 3 sinif yarışda iştirak edərək (balıq xörəyi sinifdən) 1 qızıl medal və (orijinal yemək sinifdən ) 4-cü yer diplomuna layiq görülüb.
Kimyə Rüstəmova

Oxşar yazılar

Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı
13 may 2025 , 19:59Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 19:07
Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04
Azərbaycanın bu rayonlarında qaz kəsiləcək
13 may 2025 , 17:53