![Bütün dini icmalar yenidən qeydiyyata alınacaq](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Bütün dini icmalar yenidən qeydiyyata alınacaq
Azərbaycanda bütün dini icmalar yenidən qeydiyyata alınacaq.
Bu barədə APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Gündüz İsmayılov bildirib.
Şöbə müdiri deyib ki, “Dini etiqad azadlığı haqqında” qanuna edilən əlavə və dəyişiklik təsdiqləndikdən sonra yeni qanunvericiliyə uyğun olaraq, belə bir tələb meydana çıxıb. Onun sözlərinə görə, qanunvericiliyin tələbinə əsasən, 2010-cu ilin yanvarına qədər ölkədə indiyədək qeydiyyatda olan və fəaliyyət göstərən bütün dini icmalar yenidən qeydiyyata alınmalıdır.
G.İsmayılov dini icmaların qeydiyyatı üçün tələb olunan sənədlər sırasına yenilərinin əlavə edildiyini deyib: “Bundan sonra, hər bir dini icma yaranma tarixi, təlimi və dünyəvi təhsilə münasibəti haqda da arayış verməli olacaq. İndiyə kimi qeydə alınan icmalar gələn ilin yanvarına kimi yenidən qeydiyyatdan keçməlidir”.
G.İsmayılov, həmçinin deyib ki, yeni qanunvericiliyə əsasən, dini icmaların qeydiyyatsız fəaliyyəti qadağandır. Onun sözlərinə görə, qanuna edilən əlavə və dəyişiklik ölkədəki dini duruma müsbət təsir edəcək.
Qeyd edək ki, indiyə kimi Azərbaycanda 534 dini icma dövlət qeydiyyatına alınıb, onlardan 32-si qeyri-islam təmayüllüdür.

Oxşar yazılar
Bu ölkəyə güclü qar yağdı: Ciddi problemlər yarandı -VİDEO
24 iyun 2024 , 15:22“Bildiyim sirlər mənimlə məzara gedəcək” – Arzu Nağıyevlə QEYRİ-RƏSMİ SÖHBƏT
24 iyun 2024 , 15:09![Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı](https://lent.az/storage/news/2024/june/24/big/667951f3db368667951f3db36a1719226867667951f3db363667951f3db366.jpg)
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
24 iyun 2024 , 15:01![Analıq məzuniyyətinə görə nə qədər pul ödənilməlidir? - CAVAB](https://lent.az/storage/news/2024/june/24/big/66792d434194266792d4341943171921747566792d434193c66792d434193f.png)
Analıq məzuniyyətinə görə nə qədər pul ödənilməlidir? - CAVAB
24 iyun 2024 , 14:43Sabah çimərliklərdə gözlənilən hava şəraiti
24 iyun 2024 , 13:10Leysan, dolu, güclü külək - Sabahın HAVASI
24 iyun 2024 , 12:28![Öldürülən polislərdən birinin 10 gün sonra toyu olacaqmış](https://lent.az/storage/news/2024/june/24/big/66791d8e13c1266791d8e13c13171921345466791d8e13c0c66791d8e13c0f.webp)
Öldürülən polislərdən birinin 10 gün sonra toyu olacaqmış
24 iyun 2024 , 11:18![Bakının bu rayonlarında qaz kəsiləcək](https://lent.az/storage/news/2024/june/24/big/667900c2f3804667900c2f38061719206082667900c2f37fe667900c2f3802.jpg)