Məcburi köçkünlər yurdlarına qayıdır?
Avropa Şurasının Qaçqınlar, Miqrasiya və Əhali Komitəsinin məruzəçisi qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq istəyini “mühüm məsələ” kimi qiymətləndirib
“Bizim gəlişimizin əsas məqsədi Dağlıq Qarabağdan və ətraf ərazilərdən qaçqın və məcburi köçkün düşmüş insanların vəziyyəti ilə daha yaxından tanış olmaqdır. Biz bu məsələdə 4 mühüm məqama ciddi fikir veririk. Bunlardan birincisi, Qarabağdan və ətraf ərazilərdən qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarını tərk etməsi faktıdır. İkincisi, həmin vətəndaşların Dağlıq Qarabağa qayıtmaq istəyi ilə bağlıdır. Üçüncüsü, qayıdış üçün hazırlıq tədbirləri və mövcud imkanlar, dördüncüsü isə miqrasiya məsələlərinin idarə edilməsi mövzusudur”.
Lent az-ın məlumatına görə, Avropa Şurasının Qaçqınlar, Miqrasiya və Əhali Komitəsinin məruzəçisi Con Qrinvey jurnalistlərin suallarını cavablandırarkən belə deyib. AŞ rəsmisi məcburi köçkünlərlə görüşdən sonra Dağlıq Qarabağdan və ətraf ərazilərdən qaçqın və məcburi köçkün düşmüş insanların öz torpaqlarına qayıtmaq istəyində olduğu qənaətinə gəldiyini qeyd edərək, bunu insan haqları baxımından “mühüm məsələ” kimi qiymətləndirib.
“Həmin insanlar, xüsusən yaşlı nəsil öz torpaqlarına qayıtmaq, orada yaşamaq istəyirlər. Amma Azərbaycan hökumətində də yaxşı başa düşürlər ki, bunun üçün hələ çox işlər görülməlidir. Çünki Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra infrastruktur layihələrinin həyata keçirilməsi, həmin ərazilərdə yaşayış üçün lazımi şəraitin yaradılması üçün külli miqdarda vəsait tələb olunur. Xüsusən torpaqların minalardan təmizlənməsi məsələsi ciddi nəzarətə götürülməlidir”.
AŞ nümayəndəsi deyib ki, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün şərait yaranarsa, infrastruktur layihələrinin reallaşdırılması, sosial obyektlərin tikintisi və mina təhlükəsizliyi kimi vacib məsələlər əvvəlcədən planlaşdırılmalıdır. Onun sözlərinə görə, Avropa Şurası bu məsələdə Azərbaycana lazımi dəstək göstərməyə hazırdır. Həmçinin beynəlxalq ictimaiyyət də bu sahədə öz yardımını göstərməlidir.
Elxan SALAHOV

1046