Azərbaycanın şimalındakı buzlaqlar sürətlə əriyir
Mütəxəssislər bunu dünyada baş verən qlobal istiləşmə ilə əlaqələndirirlər
Dünyada baş verən qlobal istiləşmə Azərbaycanın şimal regionundakı buzlaqların əriməsinə səbəb olub. Mütəxəssislərin hesablanmasına görə, bir əsr ərzində Qubada yerləşən buzlaqların 50 faizə qədəri əriyib.
Son vaxtlar buzlaqların əriməsi daha da intensivləşib. Quba sakini Akif Fərəczadə APA-nın şimal bürosuna bildirib ki, Qubadan baxanda Böyük Qafqazın ən hündür zirvələrindən sayılan Sahdağ və Babadağ bir neçə il əvvələ qədər iyul, avqust aylarında qarla örtülü olub: “Amma qəribədir ki, indi, mayın əvvəlində həmin dağlarda qarın xeyli hissəsi artıq əriyib”.
Coğrafiyaşünas Şıxəmməd Seyidməmmədov isə APA-ya açıqlamasında bölgədə ekoloji tarazlığın getdikcə pozulmaqda olduğunu deyib. O bunu ağacların qırılması, atmosferin çirkləndirilməsi ilə əlaqələndirir. Coğrafiyaşünasın sözlərinə görə, ötən bir əsr ərzində Bazardüzündə, Şahdağ və Tufandağdakı buzlaqlar getdikcə daha sürətlə əriməkdədir: “Dağlardakı qar da son vaxtlar daha qısa müddətə əriyir. Nəticədə dağ çayları aprel, may aylarında daşır, yayda isə quraqlıq yaranır. Mövcud vəziyyət daha çox kənd təsərrüfatına mənfi təsir göstərir. Həmçinin, bölgədə suvarma suyu ilə yanaşı, içməli su ehtiyatları da tədricən azalmaqdadır”.
Yerli mütəxəssislər ilk olaraq, ekoloji tarazlığa mənfi təsir göstərən halların aradan qaldırılması üçün kompleks tədbirlərə zərurət yarandığını bildirirlər. Onlar, həmçinin, bölgədə su anbarlarının tikilməsini təklif edirlər.

1218