Poçt işçiləri iməciliyə çıxıblar
Məhz bu gündə 1874-cü ildə dünyanın əsas beynəlxalq poçt təşkilatı – Ümumdünya Poçt İttifaqı (ÜPİ) yaradılıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, peşə bayramının qeyd olunması ilə əlaqədar olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətində bu günlərdə bir sıra hazırlıq tədbirləri görülür.
Müvafiq Tədbirlər Planına uyğun olaraq ötən həftə ölkənin bütün poçt şöbələrinin ətraf ərazilərində səliqə-sahman və abadlıq yaradılması məqsədilə iməciliklər təşkil olunub. Bayram münasibətilə Ümumdünya Poçt İttifaqının üzvü olan ölkələrə, eləcə də təşkilatın rəhbərliyinə təbrik məktubları göndərilib. Təbrik teleqramları həmçinin Azərbaycanın veteran poçt işçilərinə də göndəriləcək.
Bayram ərəfəsində, oktyabrın 8-də Göygöl rayonun Aşıqlı və Şəhriyar, eləcə də Daşkəsən rayonunun Quşçu və Əmirvar kəndlərində bütün lazımi müasir avadanlıqla təchiz edilmiş yeni poçt şöbələri açılacaq. Oktyabrın 9-da isə Ümumdünya Poçt İttifaqının yaradılmasının 136-cı ildönümü münasibətilə respublikanın bütün poçt şöbələrində bayram tədbirlərinin keçirilməsi nəzərdə tutulub. “Azərpoçt” MMC-nin inzibati binasında əl işləri sərgisi təşkil olunacaq. Bayram tədbirlərinə işlərində fərqlənən poçt əməkdaşlarının fərmanlarla təltif edilməsi və mükafatlandırılması da daxildir.

Oxşar yazılar

Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40