(R) İDEAL parfum və kosmetika mağazalar şəbəkəsindən daha bir yenilik – Ideal Beauty Room
26 noyabr 2012 18:01 (UTC +04:00)

(R) İDEAL parfum və kosmetika mağazalar şəbəkəsindən daha bir yenilik – Ideal Beauty Room

Müasir intensiv həyat ritmində mükəmməl görünüşü daim qoruyub saxlamaq çox çətindir.

Sözsüz ki, gözəlliyi təqib edərkən ən böyük diqqət üz qulluğuna ayrılmalıdır. Üzə qulluğa professional yanaşma - dərinin müxtəlif üsullarla təmizlənməsi, maskalar, serum və konsentratlar, cavanlaşdırıcı komplekslər, kremlər həmçinin ev şəraitində də savadlı, müstəqil qulluqdan ibarətdir.

İdeal parfum və kosmetika mağazalar şəbəkəsi Sizi daha bir yeniliklə sevindirir. Artıq Siz Neftçilər prospekti 111 ünvanındakı İdeal mağazasında yerləşən Beaty-Room kabinələrində göstərilən gözəllik prosedurlarından müəyyən məbləğ ödəməklə yararlana bilərsiniz.

Beauty-room kabinələrində aparılan prosedurlar Lux və Delux kimi kateqoriyalara bölünür.

Ideal beauty-room kabinələrində aparılan dəriyə qulluq proseduraları, heyranedici təsirə malikdir və eyni zamanda təhlükəsizdir. Nəticədə dəri dartılmış və hamar - cavan dəriyə məxsus olan xüsusi parlaqlığa sahib olur.

Ideal beauty-room mütəxəssisləri müasir kosmetoloji üsüllar vasitəsilə Sizə dərinizin sağlam görünüşünü mümkün dərəcədə qoruyaraq, onun gənc qalmasına kömək edəcəklər.

Beauty-room təklif etdiyi prosedurlar sayəsində dəri solğunluğu, genişlənmiş məsamələr, dəri səpkiləri, üz və göz qapaqlarının şişkinliyi, üz konturunun pozulması kimi problemlərdən azad olmaq olar.

Qulluq proseduru bir neçə mərhələdən ibarətdir:

1. Üzün təmizlənməsi
2. Yüngül pilinq (skrab)
3. Masaj (klassik, liftinq, arıqlama)
4. Maskalar
5. Kremlərin çəkilməsi.

Dərinizə qulluq etməyə nə qədər tez başlasanız, onun sağlamlığını, cavanlığını və təravətini o qədər uzunmüddətli edəcəksiniz.

Xatırladaq ki, İdeal parfum və kosmetika mağazalar şəbəkəsi 1999-cu ildə yaradılıb. Hal- hazırda Azərbaycanın 2 şəhərində (Bakı ,Sumqayıt) 16 mağazası ilə fəaliyyət göstərir. Bu mağazaların dördündə İdeal Beauty- Room kabinələri fəaliyyət göstərir. Bu xidmət özü parfumeriya və kosmetika sektorunda ilkdir.

Əlavə məlumat üçün tel: 050 287 50 41 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Gözəlliyinizi IDEAL BEAUTY ROOM ilə qoruyun!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2526

Oxşar yazılar