Azay Quliyev: “Şuraya xaricdəki QHT-lərə qrant ayırmaq hüququ verilib”
14 noyabr 2012 16:35 (UTC +04:00)

Azay Quliyev: “Şuraya xaricdəki QHT-lərə qrant ayırmaq hüququ verilib”

Bu gün günün ikinci yarısında Milli Məclisdə “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirələri davam edib.

Lent.az-ın verdiyi məlumata görə, millət vəkili Sahib Alıyev maaşların aşağı olması səbəbindən ipoteka kreditinə əsl ehtiyacı olanların ipoteka kreditləri ala bilmədiyini söyləyib.

Sahib Alıyev ipoteka kreditlərinin alınması şərtlərinə yenidən baxılmasını istəyib. Millət vəkili, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev isə bildirib ki, artıq neft sektoru ilə qeyri-neft sektoru arasında fərq azalır. Onun sözlərinə görə, Abşeronla bərabər artıq Sumqayıt və Şirvana büdcədən dotasiya ayrılmayacaq, bu da regionların inkişafından xəbər verir. Azay Quliyev müəllimlərə xüsusi dövlət qulluqçusu statusu verilməsi məsələsinin də artıq həllini tapmalı olduğunu vurğulayıb. Millət vəkili ipoteka kreditlərinin alınması üçün ödənilməli olan 20 faizin yüksək olduğunu, gənclərin bir çoxunun bu vəsaiti ödəyə bilmədiyini qeyd edib.

Azay Quliyev Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına artıq xaricdə fəaliyyət göstərən QHT-lərə də qrant ayırmaq hüququ verildiyini bildirib: “Prezident bununla bağlı fərman imzalayıb. Şura artıq xaricdə Azərbaycanın maraqları ilə bağlı fəaliyyət göstərən QHT-lərə qrant ayıra biləcək. Ona görə də maliyyə naziri Samir Şərifovdan xahiş edirəm ki, Şuraya ayrılan vəsaitin miqdarının artırılması məsələsinə baxılsın”.

Millət vəkili Sevinc Fətəliyeva isə küçə uşaqları üçün reabilitasiya mərkəzlərinin açılmasını zəruri sayıb: “Küçələrdə səfil həyat sürən uşaqlar var. Belə reabilitasiya mərkəzləri vacibdir”.

Ramiz
# 631

Oxşar yazılar

Zaqatalaya dolu yağdı  - FAKTİKİ HAVA

Zaqatalaya dolu yağdı - FAKTİKİ HAVA

21 may 2024 , 16:35
Mayın 5-də keçirilən imtahanın NƏTİCƏLƏRİ

Mayın 5-də keçirilən imtahanın NƏTİCƏLƏRİ

21 may 2024 , 16:33
Hindistanda  anomal   istilər - FOTOLENT

Hindistanda anomal istilər - FOTOLENT

21 may 2024 , 16:11
Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşları qəbul etdi

Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşları qəbul etdi

21 may 2024 , 16:02
Leysan və qar yağacaq, çaylar daşacaq - XƏBƏRDARLIQ

Leysan və qar yağacaq, çaylar daşacaq - XƏBƏRDARLIQ

21 may 2024 , 15:46
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 may 2024 , 15:38
Azərbaycanda məktəb direktoru işdən QOVULDU

Azərbaycanda məktəb direktoru işdən QOVULDU

21 may 2024 , 15:09
Qədim dünyada qadınlar  - Rezonanslı ARAŞDIRMA

Qədim dünyada qadınlar - Rezonanslı ARAŞDIRMA

21 may 2024 , 14:32