Hacılarımızın hamısı qayıtdı
12 noyabr 2012 12:04 (UTC +04:00)

Hacılarımızın hamısı qayıtdı

Həcc ziyarətinə yollanmış azərbaycanlı zəvvarları Vətənə gətirən sonuncu təyyarə bu gün Bakıya enib. Bu barədə APA-ya Azərbaycan Həcc missiyasının rəhbəri – Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Bununla da təxminən 2 600 hacının hamısı Bakıya dönüb.

QMİ-dən bildirilib ki, artıq zəvvarların yükləri də Bakıya gətirilir. Bu gün axşam hacıların yüklərindən ibarət daha bir təyyarə Bakıya enəcək.

Qeyd edək ki, azərbaycanlı zəvvarları bu il müqəddəs Həcc ziyarətinə oktyabrın 12-dən etibarən yola düşüblər. Ziyarət zamanı iki zəvvar vəfat edib. Onların hər ikisi Səudiyyə Ərəbistanında dəfn edilib.
# 1155

Oxşar yazılar