Havalar soyuyacaq
11 noyabr 2012 00:10 (UTC +04:00)

Havalar soyuyacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə gözlənilən hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında noyabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-12, gündüz 12-15 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında noyabrın 11-də arabir yağış yağacağı, ayrı-ayrı rayonlarda intensivləşəcəyi, qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 9-13, gündüz 13-17, dağlarda gecə 2-6, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Noyabrın 11-də Abşeron yarımadasında hava şəraitinin dəyişiləcəyi, güclü xəzri küləyinin əsəcəyi, temperaturun aşağı enəcəyi gözlənilir.
# 2276

Oxşar yazılar