Azərbaycan prezidenti Əhmədlidə poliklinikanın açılışında iştirak edib
08 noyabr 2012 15:50 (UTC +04:00)

Azərbaycan prezidenti Əhmədlidə poliklinikanın açılışında iştirak edib

Prezident İlham Əliyev noyabrın 8-də Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində 14 nömrəli şəhər poliklinikasının açılışında iştirak edib. Lent.az-ın AzərTAc-a isitnadən verdiyi məlumata görə, ötən il aprelin 1-də prezident İlham Əliyev Əhmədli qəsəbəsinin sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən işlərlə tanış olarkən burada yeni poliklinikanın tikilməsinə dair tapşırıqlarını verib.

Dövlət başçısının 2011-ci il 1 aprel tarixli sərəncamı ilə bu tibb müəssisəsinin inşası üçün 1,5 milyon manat vəsait ayrılıb. Əhmədli qəsəbəsinə gələn prezident İlham Əliyev poliklinikanın əvvəlki və hazırkı vəziyyətini əks etdirən şəkillərdən ibarət stendə baxıb. Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov məlumat verib ki, səhiyyə ocağının müasir memarlıq üslubunda inşa olunmuş üçmərtəbəli yeni binasının sahəsi isə 3,6 min kvadratmetrdir.

Prezident İlham Əliyev poliklinikanın rəmzi açılışını bildirən lenti kəsib, yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, poliklinika binasının birinci mərtəbəsində qəbul, inzibati və funksional diaqnostika şöbələri fəaliyyət göstərir. İkinci mərtəbədə terapiya və pediatriya, üçüncü mərtəbədə isə nevrologiya və stasionar şöbələr yerləşir. Burada quraşdırılan ən müasir avadanlıq əhaliyə keyfiyyətli tibbi xidmət göstərməyə imkan verəcək.

Sonra prezident İlham Əliyev ilə görüşən qəsəbə sakini Qurbanəli Əlizadə göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1744

Oxşar yazılar