Komitə sədrindən sərt tənqid
16 oktyabr 2012 14:33 (UTC +04:00)

Komitə sədrindən sərt tənqid

Bu gün Milli Məclisdə "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" qanunun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Lent.az-ın verdiyi məlumata görə, İqtisadiyyat komitəsinin sədri Ziyad Səmədzadə Standartlaşdırma, Metrologiya və Patent Komitəsi tərəfindən hazırlanaraq təqdim edilmiş bu qanun layihəsinin xarici dildən tərcümə olduğunun hiss edildiyini, ciddi dil qüsurları olduğunu söyləyib. Ziyad Səmədzadə komitə iclasında da deputatların bununla bağlı haqlı iradlar səsləndirdiyini bildirib. Onun sözlərinə görə, əsas məqsəd dövlətin etalon bazasının təkmilləşdirilməsi, ölkədə aparılan ölçmələrin vəhdətinin təmin edilməsi, milli ölçmələrin beynəlxalq səviyyədə tanınması üçün əlverişli şərait yaradılması olmalıdır: “Qanunun tətbiq dairəsi daha konkret göstərilməlidir. Mən Standartlaşdırma, Metrologiya və Patent Komitəsinin sədri ilə söhbət etdim, iradlarımı ona bildirdim. Millət vəkillərindən xahiş edirəm ki, bu iradları nəzərə alaraq, qanun layihəsinə səs versinlər”.


Vitse-spiker Valeh Ələsgərov deyib ki, qanun layihəsində metod və metodika anlayışları eyniləşdirilir, bu isə səhvdir: “Çünki metodika metodlar məcmusudur. Qanun layihəsi üçüncü oxunuşa təqdim ediləndə lazımi dəyişikliklər edilsin”.


Qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.
# 882

Oxşar yazılar

Hindistanda  anomal   istilər - FOTOLENT

Hindistanda anomal istilər - FOTOLENT

21 may 2024 , 16:11
Leysan və qar yağacaq, çaylar daşacaq - XƏBƏRDARLIQ

Leysan və qar yağacaq, çaylar daşacaq - XƏBƏRDARLIQ

21 may 2024 , 15:46
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 may 2024 , 15:38
Azərbaycanda məktəb direktoru işdən QOVULDU

Azərbaycanda məktəb direktoru işdən QOVULDU

21 may 2024 , 15:09
Qədim dünyada qadınlar  - Rezonanslı ARAŞDIRMA

Qədim dünyada qadınlar - Rezonanslı ARAŞDIRMA

21 may 2024 , 14:32
Cavanşir körpüsü tarixə QOVUŞDU:  SƏBƏB - VİDEO

Cavanşir körpüsü tarixə QOVUŞDU: SƏBƏB - VİDEO

21 may 2024 , 14:21
Əziz Orucov

Əziz Orucovun həbs müddəti uzadıldı

21 may 2024 , 14:16
 Leysan, qar, külək   - Sabahın HAVASI

Leysan, qar, külək - Sabahın HAVASI

21 may 2024 , 12:10