TQDK kolleclərə daxil olanlara müraciət edib
05 sentyabr 2012 15:28 (UTC +04:00)

TQDK kolleclərə daxil olanlara müraciət edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlara müraciət edib. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat müddəti sentyabr ayının 7-si saat 17:00-dək uzadılıb.

Göstərilən müddətədək qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək.
# 1028

Oxşar yazılar