Azərbaycan Prezidenti Bakının iki məktəbində olub
05 sentyabr 2012 15:20 (UTC +04:00)

Azərbaycan Prezidenti Bakının iki məktəbində olub

Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Prezident İlham Əliyev əvvəlcə Səbail rayonundakı 49 nömrəli “İntellekt” məktəb-liseyində həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub.

Dövlət başçısı məktəbin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı prezident İlham Əliyevə məlumat verib.

Prezident İlham Əliyev yeni korpusda yaradılan şəraitlə də tanış olub. Bildirilib ki, yeni korpusda tikinti işləri müasir standartlara uyğun olaraq yüksək keyfiyyətlə aparılıb.

Sonra Prezident İlham Əliyev paytaxtın Yasamal rayonundakı 20 Yanvar şəhidi Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Dövlət başçısı burada da məktəbin təmirdən əvvəlki və yenidənqurma işlərindən sonrakı vəziyyətini əks etdirən fotostendə baxıb.
Görülən işlərlə bağlı prezident İlham Əliyevə məlumat verilib.

Prezident İlham Əliyev məktəbin ayrı-ayrı sinif otaqlarında, kabinetlərdə və laboratoriyalarda yaradılan şəraitlə yaxından tanış olub, müvafiq tapşırıqlarını verib.
# 2530

Oxşar yazılar