Azərbaycanda qədim şəhər qalıqları tapılıb
28 avqust 2012 12:31 (UTC +04:00)

Azərbaycanda qədim şəhər qalıqları tapılıb

Biləsuvarda aparılan arxeoloji qazıntılar zamanı orta əsrlərə aid qədim tarixi abidələr və qədim şəhərin qalıqları aşkarlanıb. Lent.az-ın Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, ərazidə aparılan tədqiqatlar zamanı “Çöl Ağdam qalası”, “İçəri Ağdam qalası”, orta əsrlər Şəhriyar şəhərinin qalıqları, rayonun İsmətli və Səmədabad kəndlərində orta əsr yaşayış yerləri və kurqan aşkarlanıb.



Qədim şəhər və tarixi abidələrlə bağlı yeni tapıntılar Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib. Ərazidə arxeoloji qazıntılar davam etdirilir.
# 1644

Oxşar yazılar