Miqrasiya orqanlarına qəbul olunmaq istəyənlər imtahan verəcək
28 avqust 2012 12:30 (UTC +04:00)

Miqrasiya orqanlarına qəbul olunmaq istəyənlər imtahan verəcək

Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar müsabiqənin test mərhələsi sentyabrın 2-də keçiriləcək. Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qulluğa qəbul ilə əlaqədar 2 iyul 2012-ci il tarixdən 3 avqust 2012-ci il tarixədək elan olunmuş sənəd qəbulu başa çatıb. Müsabiqənin test mərhələsi 2012-ci il sentyabr ayının 2-də Bakı şəhəri, Möhsün Sənani küçəsi 14 ünvanında – Bakı Qızlar Universitetinin inzibati binasında saat 11:00-da keçiriləcək.



Qulluğa qəbul ilə bağlı müraciət etmiş namizədlər “İmtahana buraxılış vərəqəsi ”ni 30 avqust 2012-ci il tarixədək (30 avqust daxil olmaqla) saat 09:00-dan saat 17:00-a qədər Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202 ünvanından - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Aparatından əldə edə bilərlər.
# 2298

Oxşar yazılar