Kəmaləddin Heydərov  zəlzələ bölgəsində oldu
28 avqust 2012 00:30 (UTC +04:00)

Kəmaləddin Heydərov zəlzələ bölgəsində oldu

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkənin zəlzələdən zərər çəkmiş şimal-qərb bölgəsinə səfər edib.



APA-nın yerli bürosunun məlumatına görə, K. Heydərov zəlzələdən zərər çəkmiş Qax, Zaqatala və Balakən rayonlarının bir neçə kəndində olub, aparılan tikinti işləri ilə maraqlanıb. Nazir xüsusilə orta məktəblərin tikintisi ilə yaxından tanış olub, zəruri tapşırıqlar verib.



Qeyd edək ki, mayın 7-də Zaqatalada iki güclü zəlzələ baş verib. Nəticədə 3000 mindən çox tikili uçub və qəzalı vəziyyətə düşüb. Zəlzələnin törətdiyi fəsadları aradan qaldırmaqdan ötrü dövlət büdcəsindən 20 milyon manat vəsait ayrılıb.
# 2561

Oxşar yazılar