Ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə verənlərin sayı açıqlanıb
25 avqust 2012 11:09 (UTC +04:00)

Ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə verənlərin sayı açıqlanıb

Azərbaycanda ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə verənlərin sayı açıqlanıb.



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2012-2013-cü tədris ili üçün 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə 35 mindən artıq abituriyent sənəd verib.



9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu internet vasitəsilə avqustun 1-dən etibarən aparılıb və dünən başa çatıb. Cari ildə 9 illik təhsil bazasında 47 orta ixtisas təhsili müəssisəsində ayrılan plan yerlərinin sayı 10404-dir.



Onlardan 4866 dövlət sifarişi üzrə, 5538 yer isə ödənişli əsaslarladır. 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı sentyabrın 2-də keçiriləcək.
# 1173

Oxşar yazılar