Temperatur 33 dərəcəyə yüksələcək
25 avqust 2012 00:10 (UTC +04:00)

Temperatur 33 dərəcəyə yüksələcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti avqustun 25-nə olan hava haqqında məlumatı açıqlayıb. Lent.az-ın məlumatına görə, Bakıda və Abşeron yarımadasında avqustun 25-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-22, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir. Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq.





Rayonlarda isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru Lənkəran-Astara zonasında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 24-29 dərəcə isti olacaq.
# 1250

Oxşar yazılar