Fransada döyülən diaspor rəhbərimiz polisə ifadə verir
27 fevral 2013 12:30 (UTC +04:00)

Fransada döyülən diaspor rəhbərimiz polisə ifadə verir

“Hazırda baş vermiş olayla bağlı ifadə vermək üçün Parisdə polis şöbəsinə gedirəm”.

 

Bunu Lent.az-a açıqlamasında  Parisdəki Azərbaycan Evinin sədri, Fransadakı Avropa Azərbaycanları Konqresinin üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasının üzvü Mirvari Fətəliyeva söyləyib.

 

Mirvari Fətəliyeva polisə ifadə verdikdən sonra olayla bağlı və səhhəti ilə əlaqədar mətbuata geniş məlumat verəcəyini bildirib.

 

Qeyd edək ki, fevralın 26-da Fransa Milli Assambleyasında Fransadakı Erməni Məsələləri Bürosunun təşkilatçılığı, Fransadakı erməni icmasının nümayəndələri və Fransa parlamentinin bir neçə deputatının iştirakı ilə  “Sumqayıt hadisələrindən 25 il sonra; hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” adlı tədbirdə Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov da iştirak edərək bu gün Xocalı soyqırımının 21-ci ildönümünün keçirildiyini iştirakçıların diqqətinə çatdırıblar. Onların bu mövqeyi qarşı tərəfin ciddi etirazına səbəb olsa da, Azərbaycan diasporunun nümayəndələri qətiyyət nümayiş etdirərək Sumqayıtda baş verən hadisələrlə bağlı səsləndirilən fikirlərin heç bir tarixi fakta əsaslanmadığını bildiriblər. Bundan sonra Fransa parlamentinin üzvü  Fransua Roşeblounun  təhriki ilə Azərbaycan diasporunun rəhbəri və azərbaycanlı tələbəyə hücum edərək onları vəhşicəsinə döyüblər. Tədbir iştirakçıları, o cümlədən Fransa Parlamentinin toplantıda iştirak edən deputatları bu vəhşiliyin qarşısını almaq üçün heç bir cəhd göstərməyiblər.

 

Fotolar APA-nındır.

# 1966
avatar

Oxşar yazılar