Pənah Hüseyn partiya sədrliyindən  istefa verib? - AÇIQLAMA  -YENİLƏNİB
16 iyun 2025 10:40 (UTC +04:00)

Pənah Hüseyn partiya sədrliyindən istefa verib? - AÇIQLAMA -YENİLƏNİB

"Partiya sədri səlahiyyətlərinin icrasının sədr müavini Qiyas Sadıqova həvalə olunması içində olduğum digər bir siyasi prosesdə iştirakımla bağlıdır".

Lent.az bildirir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) qurucusu Pənah Hüseyn deyib.

O bildirib ki, hələ ki formal olaraq AXP-nin sədri vəzifəsində qalır:

"Mən hələ ki partiyamızın sədri olaraq qalıram. Bir daha qeyd edirəm ki, bu addım istefa anlamına gəlmir və sadəcə olaraq içərisində olduğum prosesdə fəal iştirak etmək məqsədilə atılıb. Yeni sədrin seçilməsinə gəlincə, nizamnaməyə uyğun olaraq, bu, partiyanın qurultayında həll olunması nəzərdə tutulan məsələdir" - Pənah Hüseyn deyib.

***

10 :20

Pənah Hüseyn Azərbaycan Xalq Partiyasının sədrliyindən istefa verib.

Lent.az xəbər verir ki, bu barədə o sosial şəbəkədəki hesabında yazıb.

Bildirib ki, sədr səlahiyyətlərinin müvəqqəti icrası sədrin müavini Qiyas Sadıqova həvalə olunub.

Pənah Hüseyn Azərbaycan Xalq Partiyasının sədrliyindən istefa verib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 572

Oxşar yazılar