İrəvanda Paşinyana qarşı BÖYÜK MİTİNQ
01 may 2022 17:04 (UTC +04:00)

İrəvanda Paşinyana qarşı BÖYÜK MİTİNQ

Mayın 1-də İrəvanın Fransa meydanında Müqavimət Hərəkatının böyük mitinqi başlayıb.

Lent.az news.am-a istinadən bildirir ki, mitinq Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilir.

Mitinqə Ermənistanın ikinci prezidenti Robert Köçəryan, parlamentdəki “Şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan, Daşnaksutyun Partiyasının üzvləri, 5165 hərəkatının üzvləri və digər qüvvələr qatılıb.

Xatırladaq ki, aprelin 25-dən Ermənistanın hər yerində müxalifət etiraz aksiyaları keçirir.

# 3084
avatar

Oxşar yazılar