İranda türk dilində danışanların başına  eşşək noxtası   keçirirdilər
22 noyabr 2022 15:00 (UTC +04:00)

İranda türk dilində danışanların başına eşşək noxtası keçirirdilər

Tarixən qədim türk torpaqları olmuş Güney Azərbaycanda küllü miqdarda yer-yurd və şəxs adlarımızın da mənası dəyişdirilib. 

Güney Azərbaycan toponimlərinin farslaşdırmasının səbəbləri barədə Lent.az-a danışan AMEA Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin rəhbəri Səməd Bayramzadə bildirib ki, İranın baş nazir Rza xan 1925-ci ildə ölkə parlamentini onu şah elan etməyə məcbur etməklə Qacar türk hakimiyyətinə son verdi. 

“Beləliklə də əsli-nəcabəti dəqiq məlum olmayan qondarma “pəhləvilər” sülaləsinin “İran” adı altında çoxmillətli bir ölkədə hakimiyyətini qanuniləşdirmiş oldu. Hakimiyyət azərbaycanlıları ölkənin ərazi bütövlüyünü parçalaya biləcək qüvvə kimi qələmə verirdi.

Alimin sözlərinə görə, 1925-ci ildə hazırlanmış “Milli vəhdət” proqramında deyilirdi: “Hamımız bir nəfər kimi çalışmalıyıq ki, bütün İranda fars dili ümumi dil olsun və getdikcə əcnəbi dilləri sıxışdırıb çıxarsın... Azərbaycanlılar məktəblərdə və universitetlərdə 5 dəqiqə belə öz ana dillərində təhsil ala bilməzlər”.

“Məktəblərdə təhsil fars dilində idi. Müəllimlər fars dilində dərs deməyə borclu idilər. Azərbaycan mədəniyyət idarəsinin rəisi Möhsüni deyirdi: “Türk (Azərbaycan) dilində danışan hər bir kəsin başına eşşək noxtası keçirin və tövlədə axura bağlayın”. İbtidai məktəblərdə türk dilində danışanlar üçün cərimə qutuları qoymuşdu. Qeyri-fars dilində kitab və qəzet çapı qadağan edilmişdi”,- deyən alim əlavə edib ki, o illərdə təsis edilmiş İran Akademiyasının sənədində deyilirdi: “Əgər coğrafi yer adları “çay”, “su”, “bulaq” və buna oxşar sözlərlə adlandırılmışsa, onlar xarici söz kimi müəyyən edilsin və farscaya dəyişdirilsin”. 

 “Milli vəhdət” proqramına görə, İranın istiqlalı və bütövlüyü üçün təhlükələr sırasında ağ təhlükə - Rusiya, mavi təhlükə - İngiltərə, yaşıl təhlükə - ərəblər, qara təhlükə - daxili cəhalət; sarı təhlükə - Osmanlı türkləri və şimal-qərb tatarları dayanırdı. Proqram tələb edirdi ki, türk (Azərbaycan) dilində danışmaq qadağan edilsin, türk dillilərin bir hissəsi farsdilli məntəqələrə köçürülsünlər, Azərbaycan adı yaddaşlardan silinsin və ölkənin inzibati-ərazi bölgüsündə bu ərazinin sərhədləri dəyişdirilsin.  

1979-cu il inqilabından sonra da Pəhləvi şahlıq rejiminin farslaşdırma siyasəti nisbətən zəiflədi, Lakin bu o demək deyil ki “tək dil, tək millət” şüarı aradan qaldırılıb. Yeni qurulan hökumət həmin ideologiyanı din pərdəsi altında gizlədərək davam etdirdi.

Görkəmli alim Qalibə Hacıyevanın araşdırmalarına görə, Cənubi Azərbaycan ərazisindəki qədim tarixə malik mövcud toponimlərin əksəriyyəti mənşə etibarilə əsasən türk (Azərbaycan) dili ilə bağlıdır. Məsələn, fars dilində Günbərf toponimi Günbəri, Girinc kəndinin adı Giriş sözündən götürülüb. Gümüşqaya bulağının adı dəyişdirilib Dəməşqiyyə olub. 
Axmaqaya - Əxməğiyyə və Sarıqaya- Səriğiyyə, Moğan toponimi Parsabadla əvəz olunub. Belə nümunələr minlərlədir.
Ən pisi budur ki, türkləşdirilmiş adlarda farsların türkləri təhqir etmək istəyi önə çıxıb.

Həştəridə qədimdən Dəmirdöyən kəndinin adı sonradan dəyişdirilib Teymurdun formasına salınıb. Dun ərəbcə alçaq, ləyaqətsiz, yəni təhqir anlamında işlənir ki, bu da vaxtı ilə böyük türk xaqanı olan Əmir Teymura farsların münasibəti kimi “alçaq Teymur” mənasını ifadə edir. Türklərə qarşı mənfi münasibətlərini ifadə etmək vasitələrindən birinə çevrilmiş coğrafi adlar sırasında qədim türk tayfalarından biri üzların adını qoruyub saxlayan Arus kəndinin adı farsca üfunətli, murdar yer anlamı ifadə edən Abriz sözü ilə əvəz edilib”.

Səməd Bayramzadə bildirib ki, İranın azərbaycanlılara qarşı şovinist münasibəti yenə davam edir.
“Bu günün özündə belə yeni doğulan uşaqlarına türk/azərbaycanlı adı qoyan azərbaycanlılar onlar üçün vətəndaşların vəziyyətini qeyd edən idarələrdən uzun müddət doğum haqqında şəhadətnamə ala bilmirlər. Belə ki, onlardan tələb olunur ki, uşaqlarına türk deyil, ərəb-fars mənşəli adlar versinlər”.

# 3813
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

İran Orxan Əsgərovun cənazəsinin verilməsinə süni əngəllər törədir

İran Orxan Əsgərovun cənazəsinin verilməsinə süni əngəllər törədir

28 yanvar 2023 , 22:16
Azərbaycanın İrandakı səfiri yaralıların vəziyyətini açıqladı - VİDEO

Azərbaycanın İrandakı səfiri yaralıların vəziyyətini açıqladı - VİDEO

27 yanvar 2023 , 23:56
Azərbaycan Ermənistan hərbçisinin meyitinin qalıqlarını qarşı tərəfə təhvil verdi

Azərbaycan Ermənistan hərbçisinin meyitinin qalıqlarını qarşı tərəfə təhvil verdi

27 yanvar 2023 , 20:44
QMİ-dən BƏYANAT:  "Səfirliyimizə hücum terror aktıdır"

QMİ-dən BƏYANAT: "Səfirliyimizə hücum terror aktıdır"

27 yanvar 2023 , 18:26
"Türkiyə can dostunun yanındadır" - Ərdoğandan DƏSTƏK

"Türkiyə can dostunun yanındadır" - Ərdoğandan DƏSTƏK

27 yanvar 2023 , 17:07
İran terror dövləti olduğunu bir daha sübut etdi:  Sonu virandır

İran terror dövləti olduğunu bir daha sübut etdi: Sonu virandır

27 yanvar 2023 , 15:37
İran səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı

İran səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı

27 yanvar 2023 , 15:06
“Azərbaycan səfirliyinə qarşı törədilən terror aktına görə birbaşa İran dövləti məsuliyyət daşıyır”- Ramiz Alıyev

“Azərbaycan səfirliyinə qarşı törədilən terror aktına görə birbaşa İran dövləti məsuliyyət daşıyır”- Ramiz Alıyev

27 yanvar 2023 , 14:21