"Hücum sağlamlığıma  ciddi ziyan vurdu"  - Slovakiyanın baş nazirindən AÇIQLAMA
05 iyun 2024 21:06 (UTC +04:00)

"Hücum sağlamlığıma ciddi ziyan vurdu" - Slovakiyanın baş nazirindən AÇIQLAMA

“Sui-qəsd mənim səhhətimə ciddi ziyan vurdu.”

Lent.az-ın Rusiya KİV-nə istinadən məlumata görə, bunu mətbuata açıqlamasında Slovakiyanın baş naziri Robert Fiko bildirib.

"Mən həmişə şəxsi həyatımı qorumuşam, ona görə də hücumun sağlamlığıma ciddi ziyan vurduğunu bildirməklə kifayətlənəcəyəm", - o deyib.

İyunun 3-də Slovakiyanın baş nazirinin müavini və müdafiə naziri Robert Kaliniak bildirib ki, payıza qədər Robert Fikonun tam sağalması barədə danışmaq mümkün olacaq.

Kalinyak onu da bildirib ki, Fico evdə tibbi reabilitasiya keçir.

Slovakiyanın baş nazirini güllələyən yazıçı Juraj Tsintula hazırda saxlandığı həbsxanadakı xəstəxananın psixiatriya şöbəsinə göndərilib.

Robert Fikoya sui-qəsd mayın 15-də baş verib. Baş nazir hökumətin iclasından sonra küçədə tərəfdarları ilə danışıb. Tsintula tapança ilə siyasətçiyə 5 dəfə atəş açıb və saxlanılıb. Sinə, bud və mədə nahiyəsindən yaralanan Fiko helikopterlə Bratislavadakı xəstəxanaya aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3369
avatar

Oxşar yazılar