Gürcüstandakı səfirliyimizdə səsvermə başlayıb
07 fevral 2024 08:08 (UTC +04:00)

Gürcüstandakı səfirliyimizdə səsvermə başlayıb

Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə başlayıb.

Lent.az xəbər verir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, Tbilisi şəhərinin Vaxtanq Qorqasali küçəsi 4 ünvanında yerləşən 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 47 saylı seçki məntəqəsinin qapıları Bakı vaxtı ilə 08:00-da açılıb.

Seçkinin gedişatı ilə bağlı məlumatlar gün ərzində Mərkəzi Seçki Komissiyasına (MSK) göndəriləcək.

Qeyd edək ki, 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları səsvermə zamanı ümumvətəndaş pasportu və ya etibarlı şəxsiyyət vəsiqəsini təqdim edərək səsvermədə iştirak edə bilərlər.

Azərbaycanın Gürcüstandakı səfirliyində səsvermə Bakı vaxtı ilə 19:00-da başa çatacaq.

# 2262
avatar

Oxşar yazılar

Tovuz atəşə tutuldu

Tovuz atəşə tutuldu

13 aprel 2024 , 09:10
Ermənilər Daşkəsəni atəşə tutdu

Ermənilər Daşkəsəni atəşə tutdu

12 aprel 2024 , 18:54
Ermənilər Qarabağda niyə qalmadı?  - Paşinyan AÇIQLADI

Ermənilər Qarabağda niyə qalmadı? - Paşinyan AÇIQLADI

10 aprel 2024 , 13:18
Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

10 aprel 2024 , 08:09
İlham Əliyevdən Ramazan bayramı paylaşımı

İlham Əliyevdən Ramazan bayramı paylaşımı

9 aprel 2024 , 21:05
Ermənilər Naxçıvanı  atəşə tutdu

Ermənilər Naxçıvanı atəşə tutdu

9 aprel 2024 , 18:37
Erməni tərəf Kəlbəcəri atəşə tutub

Erməni tərəf Kəlbəcəri atəşə tutub

9 aprel 2024 , 13:50
Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

9 aprel 2024 , 09:08