“Bu, bizim seçimimiz idi. Mən demişdim ki, biz Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Artıq bir italyan şirkəti bir bölgənin enerji təminatı məsələsi ilə bağlı bizimlə müqavilə imzalayıb. Bundan əlavə, digər italyan şirkəti kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb. Beləliklə, italyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanılır və bu yenidənqurma işlərində daha çox italyan şirkətləri olacaq”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibəsində bildirib. Əslində, heç kimə sirr deyil ki, İtaliya 44 günlük savaş dövründə Azərbaycana siyasi dəstəyi mühüm rol oynayıb. Müharibədən dərhal sonra Qarabağın yenidən qurulması prosesində İtaliya iştirak etməyə hazır olduğunu bildirib. İtaliyanın Qarabağda yenidənqurma işlərinə cəlb edilməsi ölkəyə investisiya axınını cəlb etməklə yanaşı, Avropanın mühüm bir ölkəsinin siyasi dəstəyinə nail olmağın da xəbərçisidir. Vurğulayaq ki, işğaldan azad edilən ərazilərində yeni, müasir tipli elektroenergetika infrastrukturunun yaradılmasında iştirak edən “Ansaldo Energia” şirkəti Kəlbəcər, Laçın bölgələrində tikiləcək kiçik su elektrik stansiyaların qurulmasında iştirak edəcək.
Prezident müsahibəsində bir sıra maraqlı məqamlar da açıqlayıb. Məlum olur ki, Avropa İttifaqının Azərbaycanda iki istiqamətdə təmsilçiliyə daha çox maraq göstərir. İstiqamətlərdən biri nəqliyyat kommunikasiya marşrutlarıdır: “Biz Azərbaycanı Avrasiyanın müasir infrastruktura və qonşularla şaxələndirilmiş kommunikasiya marşrutlarına malik mühüm nəqliyyat mərkəzinə çeviririk. Avropa İttifaqı bu prosesin bir hissəsi olmağı planlaşdırır”.
İkinci istiqamət isə enerji təhlükəsizliyi, enerji təminatı sahəsində əməkdaşlıqdır. Prezident vurğulayıb ki, hazırda bu məsələlər geniş şəkildə müzakirə edilir: “Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin bu yay Azərbaycana səfəri zamanı biz Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının geniş gündəliyi ilə bağlı ətraflı müzakirələr apardıq. Əlbəttə, əməkdaşlığımızın enerji kimi ənənəvi sahələri var ki, buradakı nəhəng layihələrin icrasını yalnız alqışlamaq olar. Diqqətimizi Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan Trans-Adriatik boru xəttinin başa çatdırılmasına yönəltmişdik. Ötən ilin sonuncu günü – dekabrın 31-də ilk qaz Avropaya nəql edilməyə başlandı və İtaliya artıq Azərbaycandan qaz qəbul etməyə başladı. Cənub Qaz Dəhlizi İtaliya bazarını 8 milyard kubmetr və hətta bundan da artıq həcmdə qazla təmin edəcək. Bu iş artıq başa çatdırılıb”.
“Prezident İlham Əliyevin İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibə istər postmüharibə dövründə regionumuzda formalaşan yeni reallıqlar və onların inkişaf spesifikası, istərsə də xalqımızın illər boyu gözlədiyi böyük qayıdış və bunun üçün hazırda görülən işlər baxımından kifayət qədər çoxsaylı məsələlərə aydınlıq gətirmiş oldu”. Bunu açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputatın fikrincə, müsahibədə əksini tapan digər bir məsələ isə bəzi ermənipərəst qərb dairələrinin qlobal informasiya məkanında Azərbaycana qarşı başlatdığı çirkin böhtan kampaniyasına verilən cavab idi. “aydın oldu ki, istər regional müstəvidə, istərsə də qlobal müstəvidə Azərbaycanın əldə etdiyi tarixi zəfəri və Azərbaycanın güclənməsini qəbul etməyən dairələr var. Onlar bəzən koordinasiyalı şəkildə, bəzən isə lokal formada ölkəmizə qarşı informasiya müharibəsini davam etdirirlər. Bu kontekstdə xeyli vaxtdır ki, sosial mediada Azərbaycana qarşı antitəbliğat kampaniyası aparan şəbəkənin əsassız ittihamları da dəqiq və obyektiv olaraq cavablandırıldı. Məlum oldu ki, ölkəmizdə müvəqqəti mövcud olan Rusiya sülhməramlılarının fəaliyyəti ümumən razılıqla qarşılansa da, üçüncü ölkə vətəndaşlarının Azərbaycan ərazisinə daxil olması və digər bu kimi bənzər istiqamətlərdə narahatlıq yaradan hallar da var. Eyni zamanda, qeyd edə bilərik ki, digər məsələlər kateqoriyasına sülhməramlıların müvəqqəti səlahiyyət zonasında olan ərazilərimizə hələ də azərbaycanlıların qayıda bilməməsi məsələsi də aiddir”.
Deputatın dediyinə görə, dövlətimizin başçısı İranın uydurma ittihamlarına cavab verərək onu əsassız adlandırdı.
Deputat bildirib ki, Azərbaycan Prezidenti müsahibə zamanı bir daha İranın uydurma ittihamlarına cavab verərək onu əsassız adlandırdı:
“Əslində isə İran-Azərbaycan münasibətlərinin müsbət məcrada davam etdirilməsi üçün Azərbaycan tərəfinin əlindən gələni etdiyi bəlli oldu. Ancaq ölkəmizin müstəqillik prinsiplərinin xüsusi əhəmiyyətinə vurğu edilərək bu müstəqilliyə hörmətin zəruri olduğu ifadə edildi. Bu fikirlə bir daha qonşulara və bütün dünyaya ismarıc verildi ki, regionumuzda artıq heç nə əvvəlki kimi olmayacaq. İndi Azərbaycan ərazi bütövlüyünün bərpa edilməsi üçün beynəlxalq təşkilatlara və qlobal aktorlara müraciət edən ölkə yox, bu çətin və mürəkkəb problem həll edərək beynəlxalq münasibətlər sistemində bir tarixi ilkə imza atan ölkədir və bunu hamı qəbul etməlidir. Hazırda qarşımızda duran milli vəzifə isə böyük qayıdışı təmin etməkdir ki, bu istiqamətdə qısa müddətdə çox böyük işlər görülüb. Azad edilmiş ərazilərimizdə enerji, su və nəqliyyat kommunikasiyaları demək olar ki, həll edilib. Cəmi 8 aya Füzuli beynəlxalq aeroportu inşa edilib. Şəhər və kəndlərimizin inşası üçün işçi planlar hazırlanıb və bu prosesdə başda qardaş Türkiyə olmaqla İtaliya şirkətləri də yaxından iştirak edir”.
Ümumiyyətlə, adıgedən müsahibədən bir sıra önəmli mesajlar var. Bu mesajlardan bir daha aydın olur ki, 44 günlük savaşdan sonra regionda yeni reallıq yaranıb, Azərbaycan artıq real gücdür və rəsmi Bakının maraqlarını heç kəs görməzdən gələ bilməz.
![Azərbaycan regionda yeni reallıq yaradıb: Dünyaya önəmli mesajlar verildi](https://lent.az/storage/news/2021/october/14/big/6167dd72a1fc16167dd72a1fc216341968506167dd72a1fbe6167dd72a1fc0.jpg)
Azərbaycan regionda yeni reallıq yaradıb: Dünyaya önəmli mesajlar verildi
Oxşar yazılar
![Nikol Paşinyan](https://lent.az/storage/news/2025/february/12/big/67ac696ea5aed67ac696ea5aee173935243067ac696ea5aeb67ac696ea5aec.jpg)
"Ermənistana etibar yoxdur" - Hərbi ekspert Ermənistanın planlarını açdı
12 fevral 2025 , 13:26!["Əgər biz bunu biliriksə, Tramp daha yaxşı bilir" - İlham Əliyev](https://lent.az/storage/news/2025/february/12/big/67ac44062f8ca67ac44062f8cb173934285467ac44062f8c867ac44062f8c9.jpg)
"Əgər biz bunu biliriksə, Tramp daha yaxşı bilir" - İlham Əliyev
12 fevral 2025 , 10:45!["Rus Evi"nin adı əks olunan lövhə söküldü](https://lent.az/storage/news/2025/february/12/big/67ac257c1272067ac257c12721173933503667ac257c1271e67ac257c1271f.jpg)
"Rus Evi"nin adı əks olunan lövhə söküldü
12 fevral 2025 , 08:38![Arayikgilin məhkəməsində Azərbaycan əhalisinin məhvinə dair epizodlar elan edildi - FOTO](https://lent.az/storage/news/2025/february/11/big/67ab98501e97467ab98501e975173929889567ab98501e97267ab98501e973.jpg)
Arayikgilin məhkəməsində Azərbaycan əhalisinin məhvinə dair epizodlar elan edildi - FOTO
11 fevral 2025 , 22:33Hərbçilərimiz Ermənistandakı Aİ müşahidəçilərinin Zəngilanla sərhəddə hərəkətlərinə tam nəzarət edir -VİDEO
11 fevral 2025 , 19:18![Tramp vaxt verdi: Bütün girovlar azad edilməsə, qiyamət qopacaq](https://lent.az/storage/news/2025/february/11/big/67ab09fa8005667ab09fa80057173926245867ab09fa8005467ab09fa80055.webp)
Tramp vaxt verdi: Bütün girovlar azad edilməsə, qiyamət qopacaq
11 fevral 2025 , 13:26![Vardanyan tərcüməçi və vəkillərlə təmin olundu - MƏHKƏMƏDƏN FOTOLAR](https://lent.az/storage/news/2025/february/10/big/67aa34d4e427b67aa34d4e427c173920789267aa34d4e427967aa34d4e427a.jpg)
Vardanyan tərcüməçi və vəkillərlə təmin olundu - MƏHKƏMƏDƏN FOTOLAR
10 fevral 2025 , 21:17![Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi: Ramiz Mehdiyev, Eldar Mahmudov...](https://lent.az/storage/news/2025/february/10/big/67aa13fc3d7d967aa13fc3d7da173919948467aa13fc3d7d767aa13fc3d7d8.jpeg)