Naxçıvanda aclıq elan edənlər aksiyanı dayandırdı
13 aprel 2011 17:14 (UTC +04:00)

Naxçıvanda aclıq elan edənlər aksiyanı dayandırdı

Lent.az-ın Ümid Partiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Naxçıvanda insan haqlarının, mülkiyyət hüquqlarının pozulmasına etiraz olaraq, həmçinin 2 aprel mitinqində həbs edilənlərin buraxılması, ölkədə sərbəst toplaşma azadlığının bərpa olunması tələbi ilə aclıq aksiyası keçirən şəxslər partiya sədri, millət vəkili İqbal Ağazadənin çağırışı əsasında aksiyanı dayandırmaq qərarına gəliblər.

Qeyd edək ki, İ.Ağazadə və partiya yetkililəri F.Əliyevlə əlaqə saxlayıb, onun səhhətinə görə narahat olduqlarını və onların tələblərini müdafiə etdiklərini bildirmiş, eyni zamanda partiyanın Rəyasət Heyəti Faiq Əliyevdən aclığı dayandırmasını və mübarizəni başqa vasitələrlə davam etdirməyi israrla xahiş etmişdi.

Ümid Partiyasının sədri və rəhbərliyi qurumun Naxçıvan təşkilatının sədri Faiq Əliyev və RATİ-nin Naxçıvan üzrə müxbiri Həkimeldostu Mehdiyevə xahişlərini nəzərə alaraq aksiyanı dayandırdıqları üçün təşəkkür edir, bundan sonra da hər bir mübarizədə onların yanında olduqlarını bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 669

Oxşar yazılar