Səfirlər İctimai Palatanın dəvətilə gəliblərmiş
Bakıda akkreditə olunmuş Qərb diplomatlarının ötən həftə İctimai Palatanın üzvləri ilə görüşü ölkənin siyasi dairələrində birmənalı qarşılanmayıb. Hakim Yeni Azərbaycan Partiyasının funksionerləri qapalı keçirilən bu cür görüşləri Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi kimi dəyərləndiriblər. Qərb dövlətlərinin diplomatik missiyaları isə müxalifətlə təması “diplomatik mandata zidd olmayan” görüş kimi səciyyələndirirlər.
ATƏT-in Bakı Ofisindən APA-ya bildirilib ki, aprelin 8-də keçirilmiş görüş İctimai Palatanın dəvəti əsasında baş tutub. Dəvəti qəbul edən qərb diplomatları müştərək şəkildə İctimai Palatanı ziyarət etmək qərarına gəliblər. Görüşün məqsədinə gəlincə, siyasi partiyaların ölkədəki mövcud ictimai-siyasi durumla əlaqədar mövqelərini dinləmək əsas niyyət olub. Qərbin diplomatik korpusunun Azərbaycanın daxili işlərinə qarışması haqqında ittihamlarla bağlı isə ATƏT nümayəndəliyi şərh verməməyi üstün tutub.
İctimai Palata ilə görüşdə ABŞ səfirliyinin nümayəndəsi də iştirak edib. ABŞ səfirliyindən APA-ya bildirilib ki, görüş təşəbbüsü səfirliyə məxsus olmayıb. Görüşdə məqsəd isə İctimai Palataya daxil olan qüvvələrin mövcud ictimai-siyasi durumla bağlı baxışları ilə tanış olmaq, onları dinləmək olub. ABŞ diplomatik missiyasından da YAP rəsmilərinin bəyanatlarına şərh vermək istəməyiblər.
Öz növbəsində, Bakıdakı Böyük Britaniya səfirliyindən də görüşə dair hər-hansı münasibət bildirməkdən yayınıblar.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29