Azərbaycanın narazılığı Avropa İttifaqına bildirildi
11 aprel 2011-ci il tarixində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin başçısı səfir Roland Kobia Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə dəvət olunub.
XİN mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Avropa İttifaqının ATƏT-in Daimi Şurasının 7 aprel 2011-ci il tarixli iclasında səsləndirilmiş “Azərbaycanda fundamental azadlıqlarla bağlı vəziyyətə” dair bəyanatı ilə əlaqədar Azərbaycan Hökumətinin narazılığı və təəssüfü qarşı tərəfə çatdırılıb. Qeyd olunub ki, bu bəyanat qeyri-obyektiv, yanlış məlumatlara əsasında tərtib edilib, yerlərdə olan reallıqları əks etmədən qərəzli səciyyə daşıyır. Həmin bəyanat Azərbaycan-Avropa İttifaqı münasibətlərinin mövcud ruhuna ziddir və qəbuledilməzdir. Qarşı tərəfin nəzərinə çatdırılıb ki, Azərbaycan Hökuməti demokratik inkişaf prinsiplərinə sadiq qalaraq, üzv olan beynəlxalq təşkilatlar qarşısında öz üzərinə götürdüyü müvafiq öhdəlikləri yerinə yetirir və bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığın davam edir.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29