Müdafiə Nazirliyinin epidemioloji monitorinq laboratoriyası açıldı
12 aprel 2011 15:45 (UTC +04:00)

Müdafiə Nazirliyinin epidemioloji monitorinq laboratoriyası açıldı

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov mərasimdə çıxış edərək Səfər Əbiyevin adından iştirakçıları salamladıqdan sonra, ikitərəfli hərbi əməkdaşlıq sazişinə uyğun olaraq ABŞ-Azərbaycan münasibətlərinin inkişaf etdiyini bildirib.

Tədbirdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza da çıxış edib. Mərkəzin açılışından sonra iştirakçılar laboratoriyalarla tanış olublar.

Epidemioloji mərkəz xüsusi təhlükəli infeksiyalara nəzarət, müasir avadanlıqlar vasitəsilə bioterrorizmə qarşı mübarizə aparılması, onların aşkar edilərək müəyyənləşdirilməsi və bu kimi vacib məqsədlər üçün yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 628

Oxşar yazılar