Viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlara başlamaq üçün Avropa Komissiyasına mandat veriləcək
Bu açıqlamanı APA-ya Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev verib. O bildirib ki, Avropa Komissiyası müvafiq mandat aldıqdan sonra bu sahədə danışıqlar başlayacaq.
Xatırladaq ki, Avropa İttifaqının daxili işlər komissarı Sesiliya Malmstrem Moldovaya səfəri zamanı bəyan edib ki, Aİ Azərbaycan və Ermənistanla viza rejiminin sadələşdirilməsi və read-missiya ilə bağlı danışıqlara bu ilin yayında başlamağı planlaşdırır. Gürcüstanla Aİ arasında viza rejiminin sadələşdirilməsi və read-missiya müqaviləsi martın 1-dən qüvvəyə minir.
Azərbaycan həmçinin Avropa İttifaqı ilə assosiasiyalar haqqında sazişin imzalanmasına dair danışıqları davam etdirir. Mahmud Məmmədquliyevin sözlərinə görə, bununla bağlı növbəti görüş martda Brüsseldə keçiriləcək: “Lakin görüşlərarası dövrdə də biz işimizi videokonfrans formatında davam etdiririk”.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29