
Patriarx Kirill Azərbaycanda din və dövlət münasibətlərindən razıdır
APA-nın Arxiyerey Kilsəsinin informasiya xidmətinin məlumatına görə, bu fikirləri Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Arxiyerey Məclisində deyib. O bildirib ki, mövcud qanunvericilik xarici təşkilatların yerli dini icmalara təsirini məhdudlaşdırır, qeyri-ənənəvi və radikal yollarla missioner fəaliyyət həyata keçirməyi çətinləşdirir: “Azərbaycanın pravoslav icması özünü rahat hiss edir, təzyiqlərə məruz qalmır. Azərbaycanda yeni kilsələr açılır, onların inşasının maliyyələşdirilməsində müsəlmanlar aktiv iştirak edir. Rus Pravoslav Kilsəsinin Azərbaycan müsəlmanlarının başçısı Şeyxülislam Allahşükür Paşazadə ilə isti münasibətlər qurub. Şeyxülislam Pravoslav Kilsə tərəfindən yüksək ordenlərlə təltif olunub. Qeyd eləmək lazımdır ki, o 2004-cü ildən MDB Dinlərarası Şurasının fəxri həmsədridir, 2009-cu ildən isə postsovet məkanında aparıcı müsəlman təşkilatlarının özündə birləşdirən MDB Müsəlmanları Məsləhətləşmə Şurasına rəhbərlik edir”.
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29