Artur Rasi-zadə gənclər və idman qurumlarının rəhbərlərinə tövsiyə verib
01 iyul 2009 16:30 (UTC +04:00)

Artur Rasi-zadə gənclər və idman qurumlarının rəhbərlərinə tövsiyə verib

Baş nazir Özbəkistan gəncləri "Kamolot" İctimai Şurasının sədri Akrom Alimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycanın Baş naziri Artur Rasi-zadə Özbəkistan gəncləri "Kamolot" İctimai Şurasının sədri Akrom Alimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə gənclər və idman naziri Azad Rəhimov da iştirak edib.
Görüşdə Akrom Alimov Azərbaycanla Özbəkistan hökumətləri arasında gənclər və idman sahələri üzrə birgə layihələrin icrası barədə ətraflı məlumat verib. O bildirib ki, Bakıya səfəri çərçivəsində azərbaycanlı həmkarları ilə gənclər siyasəti sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmək, həmçinin 2009-2010-cu illər üçün yeni əməkdaşlıq planını imzalamaq da nəzərdə tutulub. Sonra qonaq Özbəkistan və Azərbaycan gənclərinin müxtəlif tədbirlərdə, idman turnirlərində və beynəlxalq yarışlarda iştirakı barədə danışıb.
Azərbaycan və Özbəkistan hökumətləri arasında əlaqələrin yüksək səviyyədə davam etdiyini deyən Baş nazir Artur Rasi-zadə bütün beynəlxalq tədbirlərdə Özbəkistanın həmişə Azərbaycanla bir yerdə olduğunu, xüsusən Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi zamanı daim Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini məmnunluqla qeyd edib.
Baş nazir Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, mötəbər idman yarışlarında Özbəkistanlı gənclərin daha fəal iştirakını arzulayıb. O, əlaqələrin daha səmərəli davam etdirilməsi üçün gənclər və idman qurumlarının rəhbərlərinə tövsiyyələrini verib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 868

Oxşar yazılar