ATƏT sədrinin Azərbaycana səfəri başlayıb
01 iyul 2009 10:30 (UTC +04:00)

ATƏT sədrinin Azərbaycana səfəri başlayıb

ATƏT-in fəaliyyətdə olan sədri, Yunanıstanın xarici işlər naziri, xanım Dora Bakoyanni Azərbaycana rəsmi səfərə gəlib.

APA-nın məlumatına görə, bu gün o, partiya rəhbərləri və “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovla görüşəcək.

Sabah isə D. Bakoyanni həmkarı Elmar Məmmədyarovla bir araya gələcək. Onu prezident İlham Əliyevin də qəbul etməsi nəzərdə tutulur. ATƏT sədri Bakıdan İrəvana gedəcək.
# 683

Oxşar yazılar