Rumıniya səfiri Gəncədə olub
25 iyun 2009 19:00 (UTC +04:00)

Rumıniya səfiri Gəncədə olub

Səfirin iştirakı ilə “Avropa təhlükəsizlik sistemində NATO-nun rolu” mövzusunda dəyirmi masa keçirilib

Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureku iyunun 25-də Gəncəyə səfər edib. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, səfir Azərbaycanda NATO həftəsi çərçivəsində “Avropa təhlükəsizlik sistemində NATO-nun rolu” mövzusunda düzənlənən tədbirə qatılıb. Tədbir Gəncədə fəaliyyət göstərən Avro-Atlantik Məlumat Mərkəzinin təşəbbüsü ilə keçirilib.

Burada çıxış edən Avro-Atlantik Məlumat Mərkəzinin icraçı direktoru Mehman Xəlilov Azərbaycan-NATO əlaqələrindən, bu əlaqələrin möhkəmləndiyindən söz açıb. Səfir Nikolae Ureku isə ölkəsinin Türkiyədən sonra, bu ilin yanvar ayının 1-dən etibarən NATO-nun Azərbaycanla əlaqələndirici ölkə elan olunduğunu diqqətə çatdırıb. Azərbaycanın müstəqillik əldə etdikdən sonra Rumıniya ilə münasibətlərini inkişaf etdirərək, yüksək səviyyəyə gətirdiyini vurğulayıb. Qeyd edib ki, prezidlentlər səviyyəsində qarşılıqlı səfərlər, ikintərəfli əlaqələrin güclənməsi, əmakdaşlığın möhkəm hüquqi bazaya malik olmasının nəticəsidir ki, iki dövlət arasında 50-ə yaxın saziş imzalanıb. Bu səbəbdən əlaqələndirici ölkə olan Rumıniya Azərbaycan üçün xeyirli işlərin görülməsinə tərəfdardır.

Tədbirin sonunda Rumıniya səfiri Nikolae Ureku Gəncə şəhər İcra Hakimiyyəti başçısı EldarƏzizovla da görüşüb.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 780

Oxşar yazılar