ABŞ səfiri Ann Dersinin Tovuza səfəri başa çatıb
25 iyun 2009 10:30 (UTC +04:00)

ABŞ səfiri Ann Dersinin Tovuza səfəri başa çatıb

Səfir rayona səfərinin sonuncu günündə Milli Demokratiya İnstutunun yerli mərkəzində, Hüseyniyə məscidində olub

ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Dersinin Tovuz rayonuna 3 günlük səfəri sona çatıb. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, bu gün səfir Milli Demokratiya İnstitutunun yerli mərkəzində olub. İcma əsasları ilə Amerikada olmuş bir qrup rayon sakini ilə görüşüb, onların ABŞ haqqında təəssüratlarını dinləyib.

Daha sonra Amerikalı diplomat Tovuzun Hüseyniyə məscidinə yollanıb. Burada din xadimləri ilə bir araya gələn Ann Dersi Azərbaycanın xalqının tolerant bir xalq olmasını yüksək dəyərləndirdiyini dilə gətirib.

Məscidlə tanışlıqdan sonra səfir paytaxta yola düşüb.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 653

Oxşar yazılar