Belarus səfiri Gəncədə olub
23 iyun 2009 11:30 (UTC +04:00)

Belarus səfiri Gəncədə olub

Səfir Böyük Vətən Müharibəsi veteranları ilə görüş keçirib

Bu gün Belarus səfiri Nikolay Patskeviç Gəncədə olub. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə səfir Azərbaycan Dövlət Aqrar Universitetində Belarusun alman faşistlərindən azad olunmasının 65-ci il dönümü münasibəti ilə keçirilən tədbirə qatılıb.

Tədbirdə çıxış edən səfir qeyd edib ki, Belarus uğrunda o zamankı qanlı döyüşlərdə hər 3 döyüşçüdən biri qəhrəmancasına həlak olub. Təbii ki, bu döyüşlərdə azərbaycanlıların da az xidməti olmayıb. 1000-ə yaxın soydaşımız Belarusun alman faşizmindən azad edilməsi üçün döyüşlərdə iştirak edib. Bunlardan təxminən 20 nəfəri Gəncəlidir. O da xüsusi olaraq diqqətə çatdırılıb ki, Belarus prezidenti Aleksandr Lukaşenko ötən əsrdə ölkənin alman faşizmindən azad olunmasında qəhrəmanlıq nümayiş etdirmiş insanların mükafatlarla təltif edilmsi üçün sərəncam imzalayıb. Döş nişanı ilə mükafatlandırılan Böyük Vətən Müharibəsi iştirakçıları arasında Gəncəli veteranların da adı var.

Tədbirin davamında Belarusun ölkəmizdəki səlahiyyətli səfiri Nikolay Patskeviç veteranlara Belarus prezidentinin səmimi təbriklərini çatdırıb, onlara döş nişanları təqdim edib.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 766

Oxşar yazılar