Şeyxin sədr olduğu qurum Rusiyada qeydiyyatdan keçəcək
“Bu, Azərbaycan üçün böyük hadisədir”
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) yenicə istifadəyə verilən qərargahında ilk mətbuat konfransı keçirilib. Lent.az-ın məlumatına görə, əvvəlcədən tədbirdə QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin iştirak edəcəyi gözlənilsə də, o, mətbuat konfransına qatılmayıb. Onu müavinləri Hacı Salman Musayev və Hacı Sabir Həsənli əvəzləyib. Hacı Sabir Şeyxin mətbuat konfransına gəlməməsini onun paytaxtdan kənarda olması ilə izah edib.
Mətbuat konfransı isə iyunun 17-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində MDB ölkələri müsəlmanlarının dini liderlərinin “MDB müsəlmanları konfessiyalararası və millətlərarası həmrəylik” mövzusunda keçirilmiş beynəlxalq konfransa həsr olunub. Şeyxin müavini Hacı Sabir Həsənli tədbiri yüksək qiymətləndirib. O, MDB müsəlman dini liderlərinin Məşvərət Şurasının təsis olunduğunu, Şeyxülislam Allahşükür Paşazadənin isə yekdilliklə bu quruma sədr seçildiyini xatırladıb.
S.Həsənli deyib ki, MDB müsəlmanlarının fəaliyyətini koordinasiya edəcək yeni qurumun üzərinə YUNESKO yanında MDB müsəlmanlarını təmsil etmək missiyası da qoyulub. Onun sözlərinə görə, MDB müsəlman dini liderlərinin Məşvərət Şurası Rusiyanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçəcək. Bu qurumun Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyatdan keçəcəyi də gözlənilir.
S.Həsənli Moskvada beynəlxalq konfrans keçirilərkən Azərbaycanda bəzi mətbu orqanların xoşagəlməz və qarayaxmaların yer aldığı yazılar yazdığını deyib: “Biz bunu təəssüflə bildiririk”.
QMİ Elmi-Dini Şuranın sədri, akademik, Moskvadakı beynəlxalq konfransı aparıcısı olmuş Vasim Məmmədəliyev isə Hacı Allahşükür Paşazadənin MDB müsəlman dini liderlərinin Məşvərət Şurasına sədr seçilməsinin Azərbaycan üçün böyük hadisə olduğunu vurğulayıb, bunun Şeyxin nüfuzunun göstəricilərindən olduğunu deyib.
V.Məmmədəliyev MDB ölkələri dini liderləri arasında birliyin olduğunu da vurğulayıb.
Pərvin ABBASOV

661