Misir Mərdanov: “Belə söhbətlərdən çox inciyirəm”
Nazir “Təhsil haqqında” qanunun əleyhdarlarına cavab verdi
“Heç kəs yeni qəbul olunan “Təhsil haqqında” qanunun üzrəinə kölgə salmamalıdır. Çünki yeni qanunda bütün təkliflər nəzərə alınıb. Qanunu hazırlayan işçi qrupda Təhsil Nazirliyinin də nümayəndələri iştirak edib və oradakı hər bir bənd saf-çürük olunub ”.
Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlər üçün keçirdiyi mətbuat konfransında belə deyib. O qeyd edib ki, qəbul edilən qanun çərçivə sənədidir və bundan sonra təhsilin bütün pillələri ilə bağlı qanunlar hazırlanacaq.
Beynəlxalq olimpiadaların qaliblərinin imtahansız ali məktəblərə qəbul olmasına gəlincə, Misir Mərdanov bu məsələsi ətrafında yaradılmış ajiotajı başa düşmədiyini deyib: “Mən başa düşmürəm, əgər bizim şagirdimiz beynəlxalq olimpiadalarda yüksək nəticə göstəribsə, biz onu niyə birbaşa ali məktəbə qəbul etməyək?! Cəmi 5 fənn - riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə beynəlxalq yarışlar keçirilir. Hər il maksimum 5 nəfər olimpiadada qalib ola bilər. Biz həmin 5 nəfəri imtahansız ali məktəbə qəbul etməməklə nəyə nail olmaq istəyirik?! Bununla biz nəyi itiririk?”.
Misir Mərdanov həmin maddənin qanunda əks olunmasının cəmiyyət və mətbuat tərəfindən yanlış yozulduğunu deyib. Onun sözlərinə görə, hazırda beynəlxalq olimpiadalarda Azərbaycanı layiqincə təmsil edən şagirdlərin birbaşa ali məktəblərə qəbul olunması nə ölkə ictimaiyyətini, nə də jurnalistlər narahat etməməlidir: “Amma mən görürəm ki, cəmiyyət də, jurnalistlər də bundan narahatdır. Hətta bəzi millət vəkilləri də böyük həyəcan keçirib deyirlər ki, guya bu zaman ədalət prinsipi pozulacaq. Mən şəxsən belə söhbətlərdən çox inciyirəm. Özü də olimpiada qalibləri hüquq, beynəlxalq hüquq və beynəlxalq münasibətlər kimi fakültələrə deyil, yalnız qalib gəldiyi fənnə uyğun fakültələrə daxil ola bilər”.
Nazir onu da qeyd edib ki, “Təhsil haqqında” qanun bütövlükdə təhsil ictimaiyyətini qane edir. Ancaq bəzi müddəalar barədə bilərəkdən, yaxud bilməyərəkdən ictimaiyyətə yanlış məlumatlar verilir: “Bəzi dairələrdə nümunəvi şagirdlərə qızıl medal verilməsi düzgün izah olunmur və guya, həmin şagirdlər də ali məktəblərə qəbul zamanı imtiyaza malik olacaq. Əslində bu barədə qanunda heç nə yazılmayıb və bunlar yeni qanunu gözdən salmaq üçün boş söz-söhbətlərdir”.
Elxan SALAHOV

569