“Ermənistan ictimaiyyətini güzəştlərə hazırlamaq lazımdır”
22 iyun 2009 17:30 (UTC +04:00)

“Ermənistan ictimaiyyətini güzəştlərə hazırlamaq lazımdır”

Kazimirov: “Düşünmürəm ki, hərbi əməliyyatlar zamanı tutulmuş bütün əraziləri əldə saxlamaq lazımdır”

Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Armen Smbatyan və Polad Bülbüloğlunu Dağlıq Qarabağa səfərləri zamanı çox güman ki, Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri və prezidentin mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy müşayiət edəcək.

APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ermənistanda səfərdə olan ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, Rusiya Diplomatları Assosiasiyasının sədr müavini Vladimir Kazimirov deyib. V. Kazimirov onu da bildirib ki, Ermənistan ictimaiyyətini Qarabağ məsələsində güzəştlərə hazırlamaq lazımdır: “Mən onun tərəfdarıyam ki, Ermənistanda ictimaiyyəti Azərbaycan tərəfinə müəyyən güzəştlər edilməsinə hazırlamaq lazımdır”. Diplomat hesab edir ki, Ermənistan və Dağlıq Qarabağ erməniləri bu münaqişənin nizamlanmasında maraqlı olmalıdırlar: “Düşünmürəm ki, hərbi əməliyyatlar zamanı tutulmuş bütün əraziləri əldə saxlamaq lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 786

Oxşar yazılar