Avropa Şurası baş katibinin seçkisi təxirə salındı
AŞ PA barədə Siyasi Büronun qərarını təsdiqləyib
Avropa Şurası baş katibi postuna seçkilərin növbəti sessiyaya kimi təxirə salınması barədə AŞ PA Siyasi bürosunun qərarı qurumun yay sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, müzakirələrdən sonra parlamentarilər Siyasi Büronun qərarını təsdiqləyiblər. Bununla da Avropa Şurası baş katibi postuna seçkilər qurumun payız sessiyasına kimi təxirə salınıb. Qeyd edək ki, baş katib postuna seçkilərlə bağlı Avropa Şurası Nazirlər Komitəsi ilə AŞ PA arasında narazılıq mövcuddur. Seçkilərin növbəti sessiyaya kimi təxirə salınmasının səbəbi də məhz budur. Qeyd edək ki, Avropa Şurası baş katibi postuna Norveçin sabiq baş naziri Torbyorn Yaqland, Polşanın sabiq baş naziri Vlodzimej Çimoşeviç, belçikalı parlamentar Luk van den Brand və macarıstanlı parlamentar Matias Yorşun namizədlikləri irəli sürülüb.

637