Araz Əzimov: “İranda vəziyyətin müsbət həllinin tərəfdarıyıq”
“İran qonşu ölkədir. Orada hər hansı vəziyyətin müsbət həllinin tərəfdarıyıq”.
APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
Nazir müavini bildirib ki, Azərbaycan İranda sabitliyin tezliklə bərqərar olunmasını istəyir.
“İranda vəziyyət hökumətin nəzarətindən çıxarsa, Azərbaycan üçün hansı təhlükələr yarana bilər” sualına cavab olaraq A. Əzimov bunları deyib: “İnanmıram ki, hazırkı vəziyyət hansısa ümumi böhrana gətirib çıxarsın. Ümid edirik ki, bu məsələlər siyasi yolla həll olunacaq, demokratik əsaslarla cəmiyyətin müxtəlif qrupları arasında barışıq bərpa ediləcək. Digər tərəfdən, əlbəttə ki, qonşu ölkədə hər hansı böhran bizə təsir edəcək. Onun hansı formada olması isə böhranın necəliyindən və təsirlərindən asılıdır”.

644