Türkiyə-Ermənistan sərhədləri sentyabr ayında açılacaq
19 iyun 2009 18:32 (UTC +04:00)

Türkiyə-Ermənistan sərhədləri sentyabr ayında açılacaq

Bunu Ermənistandan səfərdən qayıdan türk nümayəndə heyətinin üzvü deyib

Türkiyə-Ermənistan sərhədləri sentyabr ayında açılacaq.

APA-nın məlumatına görə, bu barədə İğdır vergi idarəsinin rəhbəri Yaşar Kısa Ermənistana üç günlük səfərin nəticələrini dəyərləndirərkən deyib.

Yaşar Kısa AKP-den olan dörd siyasətçi ilə birlikdə Ermənistana səfər etdiklərini və orada dövlət səviyyəsində qarşılandıqlarını bildirib.

Qeyd edək ki, Ermənistana səfər edən İğdır nümayəndə heyətinin tərkibinə AKP-nin qurultay nümayəndəsi Mahmud Şek, AKP İğdır təşkilatının sədr müavini Yusuf Arslan, AKP İğdır təşkilatının rəhbərlərindən Rəsul Şek, Əhməd Tutulmaz və dövlət məmuru Yaşar Kısa daxildir. Adı çəkilən şəxslər İrəvanda qondarma “erməni soyqırımı qurbanları”nın xatirəsinə ucaldılmış abidəni də ziyarət ediblər. Ermənistana səfər edən AKP-nin İğdırdan seçilmiş qurultay nümayəndəsi Mahmud Şekin əmisi oğlu İsmayıl Şek uzun illərdir İrəvanda yaşayır. İrəvanda evlənən İsmayıl Şek Erməniustanda bizneslə məşğul olur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 865

Oxşar yazılar