Amerikadan Qarabağ ermənilərinə 10 milyon dollar
18 iyun 2009 19:15 (UTC +04:00)

Amerikadan Qarabağ ermənilərinə 10 milyon dollar

ABŞ Konqresinin Alt Komitəsi separatçı Dağlıq Qarabağ rejiminə 2010-cu ildə 10 milyon dollar yardım göstərilməsi barədə qanun layihəsinə səs verib

ABŞ Konqresinin Təsisatlar Komitəsinin Xarici Dövlət Əməliyyatları Alt Komitəsi 2010-cu il büdcə layihəsinə müəyyən dəyişikliklərin edilməsinə səs verib.

APA-nın ABŞ bürosunun məlumatına görə, bu dəyişikliklər sırasında Ermənistana Ağ Evin təklif etdiyi 30 milyon dollar iqtisadi yardım yerinə 48 milyon dollar yardım göstərilməsi var. Alt komitənin ermənipərəst üzvlərinin təzyiqi altında separatçı Dağlıq Qarabağ rejiminə 10 milyon dollar birbaşa yardım göstərilməsi də təklif olunub.

Qeyd edək ki, nə 2010-cu il dövlət büdcəsində, nə də əvvəlki illər Ağ Ev Administrasiyası Dağlıq Qarabağa hər hansı yardım göstərilməsini istəməyib. Qondarma rejimə maliyyə yardımın göstərilməsi Konqresin ermənipərəst üzvlərinin təzyiqi altında baş tutur. ABŞ Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparian Senatla birgə işləyərək, Ermənistana ayrılan iqtisadi yardımı 70 milyon dollar səviyyəsinə çatdırmaq niyyətində olduqlarını açıqlayıb. Əlavə edək ki, büdcə layihəsi üzərində müzakirələr Konqresin hər iki palatasında sentyabr-oktyabr aylarına kimi davam edəcək.

Yaranmış vəziyyətlə bağlı ABŞ Amerikalıları Şəbəkəsi (USAN) ölkənin seçilmiş orqanlarının rəhbərləri və mətbuat orqanlarının məlumatlandırılması kampaniyası ilə daha ciddi məşğul olmağa başlayıb. Artıq şəbəkə vasitəsilə yüzlərlə yerli azərbaycanlı prezident Obama, vitse-prezident Cozef Bayden, Konqresin hər iki palatasının spikerləri və bir çox digər şəxslərə etiraz məktubları göndərib.

Büdcə müzakirələri ilə bağlı USAN təkcə son iki ay ərzində Konqres üzvləri, onların ştat işçilərinə 10 000 məktub yollayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 796

Oxşar yazılar