QHT rəhbərləri parlament qarşısında etiraz aksiyası keçirmək istəyir
Qərar bir neçə saata dəqiqləşəcək
Bu gün Bakıdakı “Park İnn” otelində Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin təşkilatçılığı ilə QHT-lərlə bağlı qanunvericiliyə dəyişikliyin gündəmə gəlməsindən sonra yaranmış vəziyyətin müzakirəsinə həsr olunmuş forum keçirilib. Lent.az-ın məlumatına görə, 150-dən artıq QHT nümayəndəsinin qatıldığı tədbirdə təxminən 40 nəfər səfirlik və beynəlxalq təşkilat təmsilçisi də iştirak edib. Forumda məruzə və çıxışlar olub. Məruzələrlə “Respublikaçı Alternativ” İctimai Birliyinin həmtəsisçisi Erkin Qədirli, “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov, İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Qubad İbadoğlu çıxış edib. Tədbirdə QHT və partiya rəhbərləri də çıxış edib. Bütün çıxışçılar QHT-lərlə bağlı qanunvericiliyə təklif olunan dəyişikliyin əleyhinə olduğunu vurğulayıb.
Tədbirin sonunda 118 QHT nümayəndəsi imzaları ilə Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinə üzvlüyünü təsdiq edib. Rəhbəri tədbirdə iştirak etməyən 50-yə yaxın QHT isə bunu elektron poçt ünvanı ilə təsdiqləyib. Beləliklə Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsində 160-dan çox QHT birləşib. Forumda növbəti görüşün gələn həftənin bazar ertəsi keçirilməsi qərara alınıb.
Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi sabah – iyunun 19-da Milli Məclis binasının qarşısında etiraz aksiyası keçirməyi planlaşdırır. Aksiyada QHT-lərlə bağlı qanunvericiliyə dəyişikliyin edilməməsi tələb olunacaq. Forumda iştirak edən Reportyorların Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov Lent.az-a bildirib ki, aksiyanın keçirilməsi barədə dəqiq qərar bu gün axşam saatlarınadək veriləcək.
Pərvin ABBASOV

1000