İqbal Ağazadə Respublikaçılar İnstitutunun Bakı Ofisinin rəhbərilə görüşüb
17 iyun 2009 19:15 (UTC +04:00)

İqbal Ağazadə Respublikaçılar İnstitutunun Bakı Ofisinin rəhbərilə görüşüb

İyunun 17-də Ümid Partiyasının sədri İqbal Ağazadə partiyanın mərkəzi qərargahında ABŞ-ın Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbəri Cek Consla görüşüb.

Ümid Partiyası mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycan iqtidarının QHT sektoru, KİV, dini qurumlar və digər sahələrlə bağlı qanunlarda dəyişikliklər təşəbbüsü məsələləri müzakirə olunub. Eyni zamanda, Ümid lideri Cek Consla bu ilin sonunda keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri və Respublikaçılar İnstitutu ilə Ümid Partiyası arasındakı əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1058

Oxşar yazılar